XƏBƏRLƏR

ECAR layihəsinin növbəti məlumatlandırma günü keçirilib

Azərbaycan Universitetinin tərəfdaş olduğu “Azərbaycanda Rektorlar Konfransının yaradılması” (ECAR) layihəsi çərçivəsində universitet heyəti üçün məlumatlandırma günü keçirilib. Tədbirdə universitetin layihədə iştirak edən əməkdaşları xarici səfərlərdə əldə etdikləri təcrübə və məlumatları struktur bölmə rəhbərləri ilə bölüşüblər. 

Tədbirdə layihənin mahiyyəti və məqsədi, gözlənilən nəticələr haqqında məlumat verilib, ölkə daxilində və xaricində keçirilən təlim və görüşlərin nəticələri, o cümlədən layihə çərçivəsində yaradılan komitələrin fəaliyyəti müzakirə olunub. 

Qeyd edək ki, Avropa Komissiyasının maliyyə dəstəyi ilə həyata keçirilən beynəlxalq layihənin koordinatoru Bakı Biznes Universitetidir. Layihənin əsas məqsədi milli inkişaf strategiyalarına uyğun olaraq rektorlar konfransının yaradılması yolu ilə universitetlər və digər maraqlı tərəflər arasında milli şəbəkə və əməkdaşlığı inkişaf etdirməkdir. Layihədə Azərbaycandan 20, Avropadan 5 ali təhsil müəssisəsi və təşkilat iştirak edir.

İctimaiyyətlə əlaqələr şöbəsi



DİGƏR XƏBƏRLƏR