XƏBƏRLƏR

Azərbaycan Universitetində elmi-tədqiqat işləri müzakirə edilib

Azərbaycan Universitetində elmi-tədqiqat işləri müzakirə edilib

21 fevral 2023

Baxış sayı: 5814

Azərbaycan Universitetində elmi-tədqiqat işlərinin cari vəziyyətinin müzakirəsinə dair iclas keçirilib. Elmi işlər üzrə prorektor Yusif Qasımovun apardığı iclasda elm şöbəsinin müdiri Lətifə Ağamalıyeva, Azərbaycan dili və ədəbiyyat kafedrasının müdiri Ülviyyə Rəhimova, İqtisadiyyat və idarəetmə kafedrasının müdiri Tural Qocayev, Maliyyə və mühasibat kafedrasının müdiri Nəriman Böyükkişi, İctimai elmlər kafedrasının müdiri Qabil Əliyev, Siyasi elmlər kafedrasının müdiri Elvin Talışinski, Tərcümə və filologiya kafedrasının müdiri Samirə Məmmədova, Sosial işin təşkili kafedrasının müdiri Tünzalə Verdiyeva, Riyaziyyat və informatika kafedrasının müdiri Rəşad Məstəliyev və Xarici dillər kafedrasının müdiri Aygün Qasımova iştirak edib. 

Elmi işlər üzrə prorektor Yusif Qasımov bildirib ki, müasir universitetlərin gücü orada aparılan elmi-tədqiqat işlərinin sayı və keyfiyyət göstəricilərindən birbaşa asılıdır. Azərbaycan Universitetində bu istiqamətdə son 5-6 il ərzində məqsədyönlü və ardıcıl iş aparılır. Prorektor çıxışında Azərbaycan Universitetinin elmi fəaliyyət sahəsindəki mövqeyi haqqında məlumat verib və cari məsələləri diqqətə çatdırıb. 

Daha sonra kafedra müdirləri elmi-tədqiqat işlərinin cari vəziyyətinə dair aralıq hesabatı ilə çıxış ediblər. Çıxışlarda kafedra əməkdaşlarının beynəlxalq və respublika əhəmiyyətli konfranslardakı çıxışları, o cümlədən beynəlxalq indeksli jurnallarda dərc edilən elmi məqalələr haqqında məlumatı diqqətə çatdırıblar. 

İctimaiyyətlə əlaqələr şöbəsi


DİGƏR XƏBƏRLƏR