XƏBƏRLƏR

Azərbaycan Universitetində Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş esse müsabiqəsi keçirilib

Azərbaycan Universitetində Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş esse müsabiqəsi keçirilib

15 dekabr 2023

Baxış sayı: 959

Azərbaycan Universitetində ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Azərbaycan Heydər Əliyevin şah əsəridir” mövzusunda esse müsabiqəsi başa çatıb. Müsabiqədə 20-yə yaxın tələbə iştirak edib. Esselərin qiymətləndirilməsi Tərcümə və filologiya kafedrasının müəllimlərindən ibarət münsiflər heyəti tərəfindən aparılıb. 

Münsiflər heyətinin qərarına əsasən Sevinc Türbəndəyeva I yerə (Filologiya, ingilis dili və ədəbiyyatı, IV kurs), Nuranə Məmmədova II yerə (Dövlət və ictimai münasibətlər, II kurs), Fəzilə Aydəmirova III yerə (Filologiya, Azərbaycan dili və ədəbiyyatı, II kurs) layiq görülüb. 

Müsabiqənin yekun tədbirində qaliblər sertifikat və hədiyyə ilə təltif olunub. Müsabiqəyə esse təqdim edən digər tələbələrə isə iştirakçı sertifikatı təqdim olunub. 

Esse müsabiqəsinin keçirilməsində məqsəd ümummilli lider Heydər Əliyevin zəngin və çoxşaxəli irsinin tələbələr tərəfindən araşdırılması və öyrənilməsinin diqqət mərkəzində saxlanmasıdır. Müsabiqə Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev ili” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 29 sentyabr 2022-ci il tarixli Sərəncamının və Azərbaycan Universitetinin “Heydər Əliyev ili” çərçivəsində həyata keçiriləcək tədbirlər planının icrasının təmin edilməsi məqsədi ilə həyata keçirilib.

İctimaiyyətlə əlaqələr şöbəsi


DİGƏR XƏBƏRLƏR