XƏBƏRLƏR

Azərbaycan Universitetində “Heydər Əliyev və müasir Azərbaycan” mövzusunda bilik yarışı keçirilib

Azərbaycan Universitetində “Heydər Əliyev və müasir Azərbaycan” mövzusunda bilik yarışı keçirilib

14 aprel 2023

Baxış sayı: 994

Azərbaycan Universitetində ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş “Heydər Əliyev və müasir Azərbaycan” mövzusunda bilik yarışı keçirilib. Yarışda 8 komanda iştirak edib. 

Bilik yarışında komandalar “Heydər Əliyevin ömür yolu”, “Heydər Əliyev və Azərbaycan mədəniyyəti”, “Heydər Əliyevin siyasi fəaliyyəti”, “Heydər Əliyev və Azərbaycan iqtisadiyyatı”, “İKT və ümumi dünyagörüşü” mövzuları üzrə biliklərini sınayıblar. “Agarta”, “Xarı Bülbül”, “Xəmsə”, “Dəmir yumruq”, “Uğur”, “Qladiatorlar”, “Alagöz”, “Zəfər” komandalarının iştirak etdiyi yarış maraqlı və gərgin  mübarizə şəraitində reallaşıb. Hər sual üçün 1 dəqiqə vaxtı olan komandaların cavabları münsiflər heyəti tərəfindən qiymətləndirilib.

İlk iki görüşü qələbə ilə başa vuran “Uğur” və “Dəmir yumruq” komandaları finala vəsiqə qazanıblar. Həlledici raundda isə “Uğur” komandası rəqibinə 6-5 hesabı ilə qalib gələrək “Heydər Əliyev və müasir Azərbaycan”  bilik yarışının qalibi olub.

Yarışda iştirak edən bütün tələbələrə iştirakçı sertifikatı təqdim olunub. Qalib komandanın mükafatlandırılması mərasimi isə önümüzdəki həftə təşkil olunacaq. 

Qeyd edək ki, bilik yarışı Azərbaycan Respublikası Prezidentinin 29 sentyabr 2022-ci il tarixli Sərəncamını rəhbər tutaraq və Azərbaycan Universitetinin “Heydər Əliyev İli” çərçivəsində həyata keçiriləcək tədbirlər planına uyğun olaraq təşkil olunub.

İctimaiyyətlə əlaqələr şöbəsi


DİGƏR XƏBƏRLƏR