XƏBƏRLƏR

Azərbaycan Universitetində icbari tibbi sığorta haqqında maarifləndirici tədbiri keçirilib

Azərbaycan Universitetində icbari tibbi sığorta haqqında maarifləndirici tədbiri keçirilib

05 noyabr 2024

Baxış sayı: 68

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən Azərbaycan Universitetinin tələbə, professor-müəllim və inzibati heyət üzvləri üçün maarifləndirici tədbir keçirilib. Tədbirdə agentliyin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin əməkdaşı Emil Lətifov geniş təqdimatla çıxış edib, iştirakçıların mövzuya dair çoxsaylı suallarını cavablandırıb.  

Emil Lətifov çıxışında icbari tibbi sığorta sistemi, prinsipləri və Azərbaycanda tətbiqinə başlanması haqqında ümumi məlumat verib, hazırda icbari tibbi sığorta çərçivəsində yüzlərlə həyati vacib, dəyəri yüksək əməliyyatların təminat altına alındığını qeyd edib. 

Tədbirdə iştirakçılara icbari tibbi sığorta haqları, icbari tibbi sığorta çərçivəsində tibbi xidmətlərdən istifadə qaydası, icbari tibbi sığortanın xidmətlər zərfi ilə təminata alınan tibbi xidmətlər, xidmətlər zərfinin elektron axtarış sistemi, limit tətbiq olunan tibbi xidmətlər, xidmətlər zərfi ilə təminata alınan dərman vasitələri, icbari tibbi sığorta ilə özəl tibb müəssisələrində tibbi xidmətlərdən istifadə, agentliyin müqavilə bağladığı özəl tibb müəssisələrinin siyahısı haqqında da məlumat verilib. 

İctimaiyyətlə əlaqələr şöbəsi


DİGƏR XƏBƏRLƏR