XƏBƏRLƏR

Azərbaycan Universitetində ilk dəfə səs verəcək tələbələrlə görüş keçirilib

Azərbaycan Universitetində  ilk dəfə səs verəcək tələbələrlə görüş keçirilib

22 yanvar 2024

Baxış sayı: 460

Azərbaycan Universitetində 2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezident seçkilərində ilk dəfə səs verəcək tələbələr üçün maarifləndirici seminar keçirilib. Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşkilatçılığı və Mərkəzi Seçki Komissiyasının (MSK) dəstəyi ilə keçirilən tədbirin məqsədi seçkilərdə ilk dəfə seçici kimi iştirak edəcək tələbələrin məlumatlılıq səviyyəsinin və seçici fəallığının artırılması olub.

Tədbirdə MSK-nın üzvü Şaitdin Əliyev növbədənkənar prezident seçkisinin keçirilmə səbəblərini izah edib, iştirakçılara  seçki sistemi, mövcud qanunvericilik, səsvermə proseduru, seçicinin hüquq və vəzifələri, seçkilərdə kütləvi informasiya vasitələrinin iştirakı, müşahidəçilərin iş rejimi haqqında məlumat verib. MSK üzvü çıxışında seçki dairələri, seçki məntəqələrinin sayı, qeydiyyatdan keçən yerli və beynəlxalq müşahidəçilərlə bağlı statistik məlumatları da diqqətə çatdırıb. Qeyd edib ki, işğaldan azad olunmuş ərazilərdə 26 seçki məntəqəsi yerləşir.

Şaitdin Əliyev müstəqillik dövründə seçkilərin ilk dəfədir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi tam təmin edildikdən sonra keçirildiyini vurğulayıb və tələbələri bu tarixi prosesdə iştirakları münasibətilə təbrik edib.

İctimaiyyətlə əlaqələr şöbəsi

DİGƏR XƏBƏRLƏR