XƏBƏRLƏR
Azərbaycan Universitetində “Jean Monnet Module” layihəsinin icrasına başlanılıb
Azərbaycan Universitetində Erasmus+ Jean Monnet Module layihəsinin icrasına start verilib. Bəxtiyar Bədəlovun koordinatorluğunda həyata keçirilən layihənin əsas məqsədi akademik heyətin və tələbələrin Avropa İttifaqı ilə bağlı məlumatlılıq səviyyəsinin artırılması üçün kurs və təlimlərin hazırlanıb tədris edilməsidir.
Layihə çərçivəsində formalaşdırılmış modul politologiya ixtisasında təhsil alan 3-cü kurs tələbələrinə tədris olunur. “The European Union: Its Institutions Values and Potential Opportunities” (Avropa İttifaqının İnstitutlarının Dəyərləri və Potensial İmkanları ) adlı layihənin müddəti 36 aydır.
Qeyd edək ki, layihə 2022-ci ilin əvvəllərində hazırlanaraq təqdim olunub. Azərbaycan Universiteti ilə Avropa Komissiyası arasında layihənin icrasına daiq qrant sazişi imzalanıb. “Jean Monnet” layihəsi ali təhsil müəssisələrində gənc tədqiqatçıların Avropa İttifaqı üzrə tədqiqatlar aparmasını və bu istiqamətdə təlim-tədris proqramlarının həyata keçirilməsini təşviq edir.
İctimaiyyətlə əlaqələr şöbəsi