XƏBƏRLƏR

Azərbaycan Universitetində “Karyera inkişafı və yüksəlişi” mövzusunda təlim keçirilib

Azərbaycan Universitetində  “Karyera inkişafı və yüksəlişi” mövzusunda təlim keçirilib

04 dekabr 2023

Baxış sayı: 560

Azərbaycan Universitetinin İnsan Resursları Departamenti və Karyera Mərkəzinin təşkilatçılığı ilə Biznes və İqtisadiyyat fakültəsinin IV kursda təhsil alan tələbələri üçün “Karyera inkişafı və yüksəlişi” mövzusunda təlim keçirilib. Təlimi “The Ritz-Carlton Baku” otelinin təlim üzrə meneceri Camal Şərifov aparıb.

Tədbiri giriş sözü ilə İnsan Resursları Departamenti və Karyera Mərkəzinin direktoru Kamran Rzayev açaraq qonağı iştirakçılara təqdim edib. Karyera mövzusunda təlimlərin davamlı olacağını diqqətə çatdırıb.

Ardınca Camal Şərifov tələbələrə CV-nin strukturu, tərtib üslubu, məlumat məzmunu, hədəflərin müəyyənləşdirilməsi; İş görüşməsində təqdimat, davranış, müəssisə haqqında məlumat, suallar ehtimalı; İş fəaliyyətinin təkmilləşmə prosesi, karyera, bilik və bacarıqlarının təkmilləşdirilməsi, fərdi fəaliyyət planı, idarəetmə səriştələrinə yiyələnmək mövzularında təqdimat edib.

Sonda tələbələrin suaları cavablandırılıb.

İctimaiyyətlə əlaqələr şöbəsi

DİGƏR XƏBƏRLƏR