XƏBƏRLƏR

Azərbaycan Universitetində mart soyqırımı qurbanlarının xatirəsi anılıb

Azərbaycan Universitetində mart soyqırımı qurbanlarının xatirəsi anılıb

29 mart 2024

Baxış sayı: 463

Azərbaycan Universiteti və Nəsimi Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “31 Mart-Azərbaycanlıların Soyqırımı Günü” ilə əlaqədar olaraq anım tədbiri keçirilib. Tədbirdə Azərbaycan Universitetinin professor-müəllim heyəti və icra hakimiyyətinin rəsmiləri iştirak edib.

Tədbirdə soyqırımı qurbanlarının, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, 1918-ci ilin mart soyqırımına həsr olunmuş videoçarx nümayiş olunub.

Anım tədbirində Azərbaycan Universitetinin elmi işlər üzrə prorektoru Yusif Qasımov, Nəsimi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Gülarə Verdiyeva, Azərbaycan Universitetinin magistratura II kurs tələbəsi Günel Qurbanova, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Tələbə Gənclər Təşkilatının sədri Cavanşir Abdullayev və Azərbaycan Dillər Universitetinin IV kurs tələbəsi Jalə Eyvazovanın çıxışları dinlənilib.

Çıxışlarda erməni millətçilərinin XX əsr boyunca öz havadarlarının himayəsi altında azərbaycanlılara qarşı deportasiya, etnik təmizlik və soyqırımı siyasəti həyata keçirdiyi qeyd olunub, Azərbaycan xalqının və dövlətinin başına gətirilən faciələrdən güclənərək çıxdığı diqqətə çatdırılıb. 1918-ci il mart-aprel aylarında erməni-bolşevik dəstələri tərəfindən törədilən kütləvi qırğın və qanlı hadisələrin səbəb, məqsəd və nəticələri, Azərbaycan Xalq Cümhuriyyəti dövründə fəaliyyət göstərən Fövqəladə Təhqiqat Komissiyasının gördüyü işlər haqqında məlumat verilib. Həmçinin ümummilli lider Heydər Əliyevin 1998-ci il tarixli fərmanından sonra soyqırımla bağlı yeni faktlar və sənədlərin toplandığı, həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılmasında məqsədyönlü iş aparıldığı diqqətə çatdırılıb, anım tədbirlərinin əhəmiyyəti vurğulanıb.

İctimaiyyətlə əlaqələr şöbəsi


DİGƏR XƏBƏRLƏR