XƏBƏRLƏR

Azərbaycan Universitetində “Natiqlik – gözəl danışma sənəti” mövzusunda təlim keçirilib

Azərbaycan Universitetinin Siyasi elmlər kafedrasının nəzdində fəaliyyət göstərən “Gənc diplomatlar” klubu və “Etika” Akademiyasının birgə təşkilatçılığı ilə “Natiqlik - gözəl danışma sənəti” mövzusunda təlim keçirilib. Təlimi “Etika” Akademiyasının təsisçisi Günel İbrahim aparıb. 

Tədbirin əvvəlində “Gənc diplomatlar” klubunun üzvləri Selcan Məmmədova və Əlağa Əzizli iştirakçıları salamlayaraq klubun məqsədi və fəaliyyət istiqamətləri haqqında məlumat veriblər. Ardınca söz Günel İbrahimə verilib. O, gözəl danışma sənətinin təbii və qazanıla biləcək səriştə olduğunu, bu cür təlimlərin keçirilməsinin gənclərin inkişafında olduqca mühüm rol oynadığını vurğulayıb. 

Çıxışların ardından təlim öz işinə başlayıb. Təlim, gənclərin maraqla dinlədiyi xarizmatik nitq texnikası, akademik natiqlik, gözəl danışma sənəti və bu kimi digər mövzuları əhatə edib. 

Sonda Azərbaycan Universitetinin Siyasi elmlər kafedrasının müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Elvin Talışinski çıxış edərək maraqlı və faydalı təlimə görə “Etika” Akademiyasına və təşkilatçılığa görə “Gənc diplomatlar” klubunun üzvlərinə təşəkkür edib. 

Qeyd edək ki, tədbirdə Azərbaycan Universitetinin müəllim və tələbələri ilə yanaşı Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbələri də iştirak edib.

İctimaiyyətlə əlaqələr şöbəsi


DİGƏR XƏBƏRLƏR