XƏBƏRLƏR

Azərbaycan Universitetində növbəti danışıq klubu təşkil olunub

Filologiya və tərcümə və Xarici dillər kafedralarının təşkilatçılığı ilə keçirilən növbəti “İngilis dilində Danışıq klubu”nun moderatoru Dilşünaslıq (ingilis dili) ixtisası üzrə təhsil alan magistratura I kurs tələbəsi Arifə Məmmədova olub. Danışıq klubunda universitetin fərqli ixtisaslarında və fərqli kurslarında təhsil alan tələbələr iştirak ediblər. 1 saat davam edən danışıq klubunda müxtəlif mövzular müzakirə edilib və yaranan suallar əsasında diskussiyalar aparılıb. Mövzular ilə əlaqədar fəaliyyətlər və oyunlar da təşkil olunub.

Qeyd edək ki, danışıq klubu həftənin cümə axşamı günləri saat 13:00-dan 14.00-dək  keçirilir.  Klubun məqsədi  tələbələrin əldə etdikləri ingilis dili biliklərinin möhkəmləndirilməsi, ingilis dilində şifahi nitqin inkişaf etdirilməsi, praktiki danışıq məşğələləri vasitəsilə ingilis dilində ünsiyyət vərdişlərinin təkmilləşdirilməsidir.

İctimaiyyətlə əlaqələr şöbəsi


DİGƏR XƏBƏRLƏR