XƏBƏRLƏR

Azərbaycan Universitetində “Rəqəmsal valyutalar investisiya aləti kimi” mövzusunda tədbir keçirilib

Azərbaycan Universitetində “Rəqəmsal valyutalar investisiya aləti kimi” mövzusunda tədbir keçirilib

03 mart 2023

Baxış sayı: 7569

Azərbaycan Universitetinin Biznes və iqtisadiyyat fakültəsinin dekanlığı tərəfindən “Maliyyə texnologiyaları: rəqəmsal valyutalar investisiya aləti kimi” mövzusunda tədbir keçirilib. Fakültənin maliyyə və marketinq ixtisaslarında təhsil alan I kurs tələbələrinin iştirak etdiyi tədbiri fakültənin dekanı Xanım Quliyeva açaraq mövzunun əhəmiyyəti haqqında danışıb və məruzəçiləri tələbələrə təqdim edib. 

Tələbələr öncə Sumqayıt Dövlət Universitetinin iqtisadiyyat kafedrasının dosenti Səadət Hümbətəliyevanın məruzəsinə qulaq asıblar. Qonaq ödəniş alətlərinin tarixi inkişafı haqqında məlumat verib və günümüzdə rəqəmsal ödəniş üsullarının daha çox yayıldığını vurğulayıb. 

Daha sonra  Azərbaycan Respublikası Kiçik və Orta Biznesin İnkişaf Agentliyi, Birgə İnvest/Layihələr üzrə baş menecer, Kriptoinvest.az saytının redaktoru Elnur Quliyev çıxış edərək tələbələrə beynəlxaq bankçılıq, rəqəmsal valyutalar və kriptovalyutalar, eləcə də  kiber risklər haqqında məlumat verib. Elnur Quliyev pulun inkişaf tarixindən də  söz açaraq kriptovalyutaların artıq bir çox ölkədə rəsmi ödəniş üsuluna çevrildiyini qeyd edib. 

Tədbir tələbələri maraqlandıran sualların cavablandırılması ilə sona çatıb. 

İctimaiyyətlə əlaqələr şöbəsi


DİGƏR XƏBƏRLƏR