XƏBƏRLƏR

Azərbaycan Universitetində “Səfər sığortası” mövzusunda təlim keçirilib

Azərbaycan Universitetində   “Səfər sığortası” mövzusunda təlim keçirilib

16 noyabr 2022

Baxış sayı: 4438

Azərbaycan Universitetinin Biznes və iqtisadiyyat fakültəsində turizm ixtisasları üzrə təhsil alan tələbələr üçün “Səfər sığortası” mövzusunda təlim keçirilib. Təlimi gənclərin sığorta biliklərinin artırılması məqsədilə yerli təhsil müəssisələri ilə sıx əməkdaşlıq edən və Azərbaycanın sığorta xidmətləri bazarının lider şirkətlərindən biri olan “Paşa Sığorta”nın əməkdaşları aparıb. 

Şirkətin insan resursları departamentinin mütəxəssisi Aysel Mahmudova sığorta xidmətləri haqqında maarifləndirmə tədbirlərinin əhəmiyyətini vurğulayıb, təlimin mövzularını və təlimçiləri tələbələrə təqdim edib. 

Şirkətin hüquqşünası Rafael Quliyev iştirakçılara “Sığorta qanunvericiliyi” haqqında məlumat verib. Rafael Quliyevin çıxışı sığorta sahələri, sığorta obyekti və predmeti, sığorta müqaviləsi və məzmunu, tərəflərin vəzifələri, sığorta hadisəsi, sığorta hadisəsi barədə məlumatlandırma, sığorta ödənişi, sığorta ödənişinin verilməsindən imtina kimi mövzuları əhatə edib. 

Səfər sığortası şöbəsinin mütəxəssisi Fərid Əbilov isə tələbələrə səfər sığortasının növləri, tibbi sığorta ilə fərqləri, səfər sığortasının kriteriyaları, xarici səfər sığortasının təfərrüatları, səfər sığortası üzrə tarif və şərtlər, təminat seçimləri, təminata daxil olan xidmət növləri və bu kimi digər mövzular haqqında məlumat verib. 

Tələbələri maraqlandıran sualların cavablandırılması ilə yekunlaşan təlim İqtisadiyyat və idarəetmə ilə Maliyyə və mühasibat kafedraları tərəfindən birgə təşkil olunub. 

İctimaiyyətlə əlaqələr şöbəsi

DİGƏR XƏBƏRLƏR