XƏBƏRLƏR

Azərbaycan Universitetində Silahlı Qüvvələr Günü qeyd olunub

Azərbaycan Universitetində Silahlı Qüvvələr Günü qeyd olunub

24 iyun 2023

Baxış sayı: 783

Azərbaycan Universitetində Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 105 illiyi və 26 iyun – Silahlı Qüvvələr Günü münasibətilə tədbir keçirilib. Tədbirdə elmi işlər üzrə prorektor Yusif Qasımov və Siyasi elmlər kafedrasının müdiri Elvin Talışinski, Azərbaycanın yeni və ən yeni tarixi ixtisası üzrə magistratura I kurs tələbəsi Səkinə Nadirovanın məruzələri dinlənilib. 

Tədbirdə qeyd olunub ki, Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə 1918-ci il iyunun 26-da Müsəlman Korpusunun adı dəyişdirilərək Əlahiddə Azərbaycan Korpusu adlandırılıb və bununla da milli silahlı qüvvələrin yaradılması istiqamətində mühüm addım atılıb. Ümummilli lider Heydər Əliyevin 22 may 1998-ci il Sərəncamına əsasən, Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün – 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan olunub və hər il bu tarix rəsmi dövlət bayramı kimi qeyd edilir.

Bildirilib ki, ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə ordu quruculuğu sahəsində genişmiqyaslı islahatlar həyata keçirilib, Azərbaycan ordusu müstəqilliyin əsas dəyərlərindən birinə cevrilib. Müzəffər ali baş komandan, cənab prezident İlham Əliyev tərəfindən ordu quruculuğu prosesi uğurla davam etdirilib, silahlı qüvvələrin müasirləşməsi və təkmilləşməsi istiqamətində görülən nəhəng işlər postmüharibə dövründə də davam edir. 

Sonda Milli Orduya həsr olunmuş ədəbi-bədii kompozisiya təqdim olunub. 

İctimaiyyətlə əlaqələr şöbəsi


DİGƏR XƏBƏRLƏR