XƏBƏRLƏR

Azərbaycan Universitetində tərcümə problemlərinə həsr olunan təlim keçirilib

Azərbaycan Universitetində tərcümə problemlərinə həsr olunan təlim keçirilib

13 dekabr 2022

Baxış sayı: 4985

Azərbaycan Universitetində Tərcümə (ingilis dili) ixtisasında təhsil alan tələbələr üçün “Tərcümə zamanı qarşıya çıxan problemlər və onların həlli yolları” mövzusunda təlim keçirilib. Tərcümə və filologiya kafedrasının təşkil etdiyi təlimin mühazirəçisi ABŞ-ın Azərbaycandakı səfirliyinin protokol mütəxəssisi və tərcüməçisi Xaqani Əliyev olub.   

Tədbiri giriş sözü ilə kafedranın müdiri Samirə Məmmədova açaraq, əvvəlcə Xaqani Əliyevə dəvəti qəbul etdiyinə görə minnərdarlığını ifadə edib. Kafedra müdiri tələbələrə təlimin mövzusu və əhəmiyyəti ilə bağlı qısa məlumat verərək, tərcümə peşəsinin incəlikləri haqqında məlumatlara yiyələnməyin əhəmiyyətini vurğulayıb.

Ardınca Xaqani Əliyev tələbələrə tərcümə peşəsi, tərcümə anlayışı, növləri, təsnifatı, prinsipləri, tərcümə vərdişlərinin yaradılması və inkişaf etdirilməsi, o cümlədən, tərcümə zamanı qarşıya çıxan problemlərin aradan qaldırılmas ıyolları ilə bağlı  faydalı məlumatlar çatdırılıb.

Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.

İctimaiyyətlə əlaqələr şöbəsi


DİGƏR XƏBƏRLƏR