XƏBƏRLƏR

Azərbaycan Universitetində ümummilli lider Heydər Əliyevin xatirəsi anılıb

Azərbaycan Universitetində ümummilli lider Heydər Əliyevin xatirəsi anılıb

12 dekabr 2023

Baxış sayı: 653

Azərbaycan Universitetində ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib. Tərcümə və filologiya kafedrasının təşkilatçılığı ilə keçirilən tədbirdə əməkdar elm xadimi, ədəbiyyatşünas, folklorşünas, yazıçı, filologiya üzrə elmlər doktoru, professor Qəzənfər Paşayev “Ümumilli lider Heydər Əliyev və milli-mənəvi dəyərlərimizin qorunması” mövzusunda məruzə ilə çıxış edib. 

Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ümummilli liderin xatirəsi anılıb.

Tədbiri kafedranın müdiri Samirə Məmmədova açaraq Azərbaycan Universitetində “Heydər Əliyev İli” çərçivəsində tədbirlər planının icra olunduğunu xatırladıb və rəhbərlik etdiyi struktur bölmədə bu istiqamətdə görülən işlər haqqında yığcam məlumat verib. Kafedra müdiri dəvəti qəbul etdiyinə görə qonağa təşəkkür edib. 

Qəzənfər Paşayev çıxışında qeyd edib ki, ümummilli lider Heydər Əliyev Azərbaycan xalqının tarixi, ədəbiyyatı, mədəniyyəti və incəsənəti ilə sıx bağlı olub, yaratdığı bədii irsi yüksək qiymətləndirib. Milli-mənəvi dəyərlərin, mədəniyyət və incəsənətin qorunması və inkişafında böyük xidmətləri olan ümummilli lider ədəbiyyat və incəsənət xadimlərinə hər zaman xüsusi diqqət və qayğı göstərib, həmçinin bu sahələrin mükəmməl bilicisi və təbliğatçısı olub. Onun fəaliyyətində Azərbaycan ədəbiyyatı klassiklərinin ölkəmizdə və dünyada təbliği məsələləri də geniş yer tutub.

Qonaq qeyd edib ki, ümummilli lider Heydər Əliyev kimi dahi şəxsiyyətlə ünsiyyətdə olduğu, onun Azərbaycana rəhbərliyinin hər iki dövründəki fəaliyyətinin günbəgün şahidi olduğu üçün özünü xoşbəxt hiss edir. Ümummilli lider 20 ildir ki, cismani olaraq aramızda olmasa da, Azərbaycan xalqı və dövləti qarşısında misilsiz xidmətləri və əməllərinin fövqündə mənəvi olaraq hər gün bizimlədir. 

Qəzənfər Paşayev bildirib ki, Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındaki xidmətlərini saymaqla bitirmək mümkün deyil. Azərbaycan xalqı ən ağır, ən çətin zamanda ölkənin taleyini həlletmək missiyasını Heydər Əliyevə həvalə edib və ümummilli lider bu taleyüklü xilaskarlıq misisyasının öhdəsindən layiqincə gəlib, Azərbaycan xalqının tarixinə əbədi olaraq qızıl hərflərlə yazılıb. Azərbaycan xalqı öz ümummilli lideri ilə fəxr edir, irsinə ehtiramla yanaşır və onu böyük qürur hissi ilə xatırlayır. 

Qəzənfər Paşayev məruzəsində keçən əsrin 60-cı illərindən sonrakı Azərbaycan tarixini “Heydər Əliyev epoxası” və “İlham Əliyev erası” olmaqla 2 hissəyə bölüb. Bildirib ki, ümummilli liderin özü qədər inandığı cənab Prezident İlham Əliyev onun siyasi kursunu və ideyalarını dövrün tələblərinə uyğun olaraq davam və inkişaf etdirir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış Qarabağ Zəfəri də Azərbaycan xalqının tarixinə əbədi olaraq yazılıb. 

Anım tədbiri ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunan videoçarxın nümayişi ilə yekunlaşıb. 

İctimaiyyətlə əlaqələr şöbəsi


DİGƏR XƏBƏRLƏR