XƏBƏRLƏR

Azərbaycan Universitetində Vətən müharibəsi iştirakçıları ilə görüş keçirilib

Azərbaycan Universitetində  Vətən müharibəsi iştirakçıları ilə görüş keçirilib

05 noyabr 2022

Baxış sayı: 8313

Azərbaycan Universitetində Vətən müharibəsi iştirakçısı olan məzun və tələbələrlə görüş keçirilib. “Qalib ölkə, müzəffər xalq” adlı tədbir Tərcümə və filologiya kafedrası ilə Azərbaycan dili və ədəbiyyat kafedrası tərəfindən birgə təşkil olunub. “Şuşa” auditoriyasında baş tutan görüş, tarixə 44 günlük müharibə kimi düşən Vətən müharibəsində böyük qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalan şəhidlərimizin əziz xatirəsinə həsr olunub. Tədbirdə qeyd olunub ki, Azərbaycan gənci Vətən müharibəsində əzmi, mətinliyi və mübarizliyi ilə bütün dünyaya öz Vətən sevgisini nümayiş etdirib. 

Əvvəlcə Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbiri kafedra müdirləri Ülviyyə Rəhimova və Samirə Məmmədova  açaraq qazi tələbələri salamlayıb, onlara cansağlığı və təhsil həyatında uğurlar arzulayıblar. Azərbaycan dili və ədəbiyyat kafedrasının professoru Qorxmaz Quliyev, Tərcümə və filologiya kafedrasının dosenti Fəzilə Zakirova, Sosial işin təşkili kafedrasının müdiri Tünzalə Verdiyeva, Biznes və iqtisadiyyat fakültəsinin dekan müavini Qoşqar Qarayev çıxış edərək Azərbaycanın hərbi müstəvidə əldə etdiyi qələbənin əhəmiyyətini vurğulayıb, qarşıdan gələn “8 Noyabr – Zəfər Günü” və “9 Noyabr – Dövlət Bayrağı Günü” münasibətilə tədbir iştirakçılarını təbrik ediblər. 

Daha sonra tədbirdə iştirak edən qazi məzunlar -  Nurizadə Nurlan Nurəli oğlu (Humanitar fənlər fakultəsi, Tərcümə ixtisası, 2020), İbrahimov Cavad Fuad oğlu  (Humanitar fənlər fakultəsi, Tərcümə ixtisası, 2020), Xəlilsoy Mətin Mirzə oğlu (Humanitar fənlər fakultəsi, Tərcümə ixtisası, 2020) və qazi tələbələr Nəzərov Nəcməddin Məmməd oğlu (Biznes və iqtisadiyyat fakültəsi, Mühasibat ixtisası, II kurs), Mədinov Elvin Mikayıloviç (İnformasiya - kommunikasiya texnologiyaları fakultəsi, Kompüter mühəndisliyi ixtisası, II kurs),  Əziz Mehman Mahir oğlu (Humanitar fənlər fakultəsi, Tərcümə ixtisası, II kurs) 44 gün ərzində keçdikləri zəfərə açılan  yoldan söhbət açıblar. 

Sonda xatirə şəkli çəkdirilib.   

İctimaiyyətlə əlaqələr şöbəsi



DİGƏR XƏBƏRLƏR