XƏBƏRLƏR

Azərbaycan Universitetinin bir qrup əməkdaşı və tələbələri PTE sertifikatını əldə ediblər

Azərbaycan Universitetinin bir qrup əməkdaşı və tələbələri  PTE sertifikatını əldə ediblər

22 sentyabr 2023

Baxış sayı: 637

Azərbaycan Universitetinin 13 tələbəsi, 1 məzunu və 2 əməkdaşı PTE (Pearson Test of English) imtahanlarında müvəffəqiyyət əldə edərək B1 (level 2) və B2 (level 3) səviyyələrində beynəlxalq dil sertifikatlarına layiq görülüblər. Əldə olunan göstəricilər beynəlxalq imtahanların ekvivalentliyi üzrə B1= IELTS 4-5 və ya TOEFL 57-86-ya, B2= IELTS 5-6.5 və ya TOEFL 87-109-ə bərabərdir.

Sertifikat imtahanı danışıq və yazı hissələri olmaqla 2 mərhələdən ibarət olub. 11 namizəd Level 2 üzrə, 5 namizəd Level 3 üzrə imtahan verib.

Sertifikat alan namizədlər

  • Könül Məmmədova (Ümumi şöbənin müdiri)
  • Şəbnəm Ağaməmmədova (Tərcümə və filologiya kafedrasının laborantı)
  • Natavan Pirili (Marketinq, II kurs)
  • Xədicə Abdullayeva (Marketinq, II kurs)
  • Gülmirə Allahverdiyeva (Marketinq, II kurs)
  • Lamiyə Məmmədzadə (Marketinq, II kurs)
  • Dilşad Qarayeva (Marketinq, II kurs)
  • Fatimə Xəlilova (Biznesin idarə edilməsi, II kurs)
  • Xəyyam Əsədov (Biznesin idarə edilməsi, II kurs)
  • Məmmədağa Babayev (Biznesin idarə edilməsi, II kurs)
  • Hüseyn Əskərzadə (Maliyyə, V kurs)
  • Xəyalə Seyidova (Sosial iş, II kurs)
  • Aydan Məmmədova (Sosial iş, II kurs)
  • Dilarə Fətullayeva (Sosial iş, IV kurs)
  • Cəsur Mədətzadə (Sosial iş, məzun)
  • Kərim Axundzadə (Filologiya / ingilis dili və ədəbiyyatı, II kurs)

İmtahan iştirakçılarından 7 namizəd - Natavan Pirili (Marketinq, II kurs), Xədicə Abdullayeva (Marketinq, II kurs), Gülmirə Allahverdiyeva (Marketinq, II kurs), Lamiyə Məmmədzadə (Marketinq, II kurs), Fatimə Xəlilova (Biznesin idarə edilməsi, II kurs), Könül Məmmədova, Şəbnəm Ağaməmmədova daha üstün sertifikatla (Pass with merit) təltif olunublar.

Tələbə və əməkdaşlarımıza sertifikatlarını Xarici dillər kafedrasının müdiri Aygün Qasımova təqdim edib.

İctimaiyyətlə əlaqələr şöbəsi

DİGƏR XƏBƏRLƏR