XƏBƏRLƏR

Azərbaycan Universitetinin əməkdaşları MSİBM təlimində iştirak edib

Azərbaycan Universitetinin əməkdaşları MSİBM təlimində iştirak edib

02 iyul 2024

Baxış sayı: 256

Azərbaycan Universitetinin Beynəlxalq Əlaqələr şöbəsinin müdiri Elmira İsmayılova, şöbənin mütəxəssisi  Sevlan Qurbanova, Sosial - Psixoloji Tədqiqat və Məsləhət Mərkəzinin direktoru Aygün Muradlı və Sosial işin təşkili kafedrasının müəllimi Firuzə Quliyeva Miqrasiya Siyəsətinin İnkişafı üzrə Beynəlxalq Mərkəz (MSİBM) tərəfindən təşkil olunan təlimdə iştirak edib.  

“Miqrantların və qaçqınların inteqrasiyası” mövzusuna həsr olunan təlim Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Azərbaycanla Yerdəyişmə üzrə Tərəfdaşlığın həyata keçirilməsinə dəstək (MOBILAZE 2)” layihəsi çərçivəsində Azərbaycanın ali təhsil müəssisələrinin əcnəbi tələbələrlə işləyən mütəxəssisləri və Sosial iş ixtisasında tədris aparan müəllim heyəti üçün keçirilib. 

Bir günlük təlim “İnteqrasiya nədir?”, “İnteqrasiyanın hüquqi aspektləri”, “Azərbaycandakı miqrantlar və qaçqınlar üçün İnteqrasiya proqramı”, “İnteqrasiyanın təşkilində istifadə olunan metodlar və alətlər” kimi mövzuları əhatə edib. Təlimin əsas məqsədi MSİBM tərəfindən Dövlət Miqrasiya Xidməti ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən və Azərbaycanda yaşayan miqrantlar və qaçqınların cəmiyyətə uyğunlaşmasını təmin etmək üçün nəzərdə tutulan pilot İnteqrasiya Proqramından çıxarılan dərsləri və təcrübəni paylaşmaqdır.

İctimaiyyətlə əlaqələr şöbəsi



DİGƏR XƏBƏRLƏR