XƏBƏRLƏR

Azərbaycan Universitetinin hakatonda iştirak edən tələbələri sertifikatla təltif olunub

Azərbaycan Universitetinin  hakatonda iştirak edən tələbələri sertifikatla təltif olunub

26 oktyabr 2023

Baxış sayı: 939

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş Mühəndislik hakatonu başa çatıb. Azərbaycan Universitetinin hakatonda iştirak edən tələbələri – “AU_1” komandasının üzvləri Sənan İsmayılov (kompüter mühəndisliyi), Flora Kərimova (kompüter mühəndisliyi), Amil Qasımov (kompüter mühəndisliyi) sertifikat və qiymətli hədiyyələrlə təltif olunublar. 

“Heydər Əliyev – 100 : Mühəndislik hakatonu” yarışmasına 21 ali təhsil müəssisəsini təmsil edən 30 komanda qoşulub. İştirakçılar 3 mövzu üzrə biliklərini sınayıb,  “Ekologiya və ətraf mühit”, “Nəqliyyat və logistika”, “Texnologiya və innovasiya” istiqamətləri üzrə verilən tapşırıqlara maraqlı həllər təklif ediblər.

Hakaton Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatı və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin birgə təşkilatçılığı ilə keçirilib. 

 İctimaiyyətlə əlaqələr şöbəsi

DİGƏR XƏBƏRLƏR