XƏBƏRLƏR

Azərbaycan Universitetinin həmtəşkilatçılığı ilə Türkiyədə beynəlxalq konqres keçirilib

Azərbaycan Universitetinin həmtəşkilatçılığı ilə Türkiyədə beynəlxalq konqres keçirilib

30 oktyabr 2023

Baxış sayı: 1170

Türkiyənin İzmir Dokuz Eylül Universitetinin evsahibliyində, Azərbaycan Universiteti, Qırğız - Türk Manas Universiteti, Moskva Pedaqoji Dövlət Universiteti və Türkiyədə Rus Evinin təşkilatçılığı ilə “Rus ədəbiyyatında və mədəniyyətində islam və müsəlmanlar” adlı beynəlxalq konqres  keçirilib. Azərbaycan Universitetinin rektoru Səadət Əliyevanın ali komitənin və elmi işlər üzrə prorektoru Yusif Qasımovun təşkilat komitəsinin üzvü olduğu konqres hibrid formatda təşkil olunub. 

Konqresin elmi komitəsinin və təşkilat komitəsinin üzvü və bölmə sədri, Azərbaycan Univesitetinin Tərcümə və filologiya kafedrasının professoru Asif Hacıyev elmi tədbirdə “Avrasiyaçılıqda türklər və slavyanlar” mövzusunda, Xarici dillər kafedrasının müəllimi Züleyxa Bağırzadə isə “The neo-rhetorical features of the Quran” və “Assessment of Islam in the 21st century and linguistic approach to the universal impact of its style” mövzularında məruzə ilə çıxış ediblər. 

 İctimaiyyətlə əlaqələr şöbəsi


DİGƏR XƏBƏRLƏR