XƏBƏRLƏR

Azərbaycan Universitetinin müəllimi Ləman Qasımlının ilk dərs vəsaiti çap olunub

Azərbaycan Universitetinin müəllimi Ləman Qasımlının  ilk dərs vəsaiti çap olunub

06 iyun 2023

Baxış sayı: 929

Azərbaycan Universitetinin Tərcümə və filologiya kafedrasının baş müəllimi, filologiya üzrə fəlsəfə doktoru Ləman Qasımlının müəllifi olduğu “Sight Translation” (Yazılı mətnin şifahi tərcüməsi) adlı dərs vəsaiti çap olunub. 76 səhifədən ibarət olan vəsaitin məqsədi ali məktəblərin bakalavriat səviyyəsində tərcümə ixtisası üzrə təhsil alan tələbələrə siyasi, mədəni, tibbi, hüquqi və idman sahələrinə aid olan müxtəlif mətnlərin üzündən tərcüməsini səlis yerinə yetirmək üçün lazım olan vərdişlərin aşılanmasıdır. 

Dərs vəsaitində mövzular müəyyən edilmiş bölmələr üzrə toplanıb və müvafiq tapşırıqlarla şərtləndirilib. Tələbələrə yazılı mətnin şifahi tərcüməsi zamanı lazım ola biləcək sürətli oxuma, cəld analiz edib anlama kimi vərdişləri, eyni zamanda mənanı aydın şəkildə ifadə etmə bacarığını aşılamaq istiqamətində müxtəlif bölmələr üzrə informativ mətnlər verilib. 

Yazılı mətnin şifahi tərcüməsi dərslərində iştirak edən tələbələrin mətnləri sürətli şəkildə gözdən keçirib hədəf dilə ən uyğun şəkildə tərcümə etmək vərdişlərinə yiyələnmələri gözlənilən nəticələr arasındadır. Mətnlərə uyğun hazırlanmış tapşırıqlar isə tələbələrin üzündən tərcüməni uğurlu şəkildə yerinə yetirmək üçün lazım olan texniki aspektlərə və vərdişlərə yiyələnmələri üçün müvafiq olaraq seçilib.  

Dərs vəsaiti hazırlanan zaman həm fənn çərçivəsində zəruri nəzəri məlumatların verilməsinə, həm də dərs zamanı praktik tapşırıqların yerinə yetirilməsinə xüsusi diqqət yetirilib.

İctimaiyyətlə əlaqələr şöbəsi


DİGƏR XƏBƏRLƏR