XƏBƏRLƏR

Azərbaycan Universitetinin müəllimləri Özbəkistanlı tələbələrə mühazirə oxuyur

Azərbaycan Universitetinin müəllimləri Özbəkistanlı tələbələrə mühazirə oxuyur

31 mart 2023

Baxış sayı: 959

Azərbaycan Universitetinin Siyasi elmlər kafedrasının müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru  Elvin Talışinski və kafedranın müəllimi Fərahilə Şükürova Özbəkistanın Ürgənc Dövlət Pedaqoji İnstitutunun tələbələrinə mühazirə oxuyur. Mühazirələr Azərbaycan-Özbəkistan münasibətlərinin tarixi, Heydər Əliyev irsi və Türk dünyası, Azərbaycan xalqının milli-mənəvi dəyərlər sistemi, erməni işğalı dövründə Qarabağda dağıdılan tarixi-mədəni abidələr və bu kimi  mövzuları əhatə edir. Məsafədən təşkil olunan və mart ayında start verilən mühazirələr aprel ayında da davam edəcək. 

Layihənin həyata keçirilməsi ortaq dilə, tarixə və mənəvi dəyərlərə malik iki qardaş ölkə arasında təhsil sahəsində əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsinə mühüm töhfə olaraq nəzərdə tutulub.

Qeyd edək ki, mühazirələr universitetlər arasında imzalanan memoranduma əsasən təşkil olunur. Memorandumun məqsədi ali təhsil müəssisələri arasında əməkdaşlıq münasibətlərinin qurulması ve inkişaf etdirilməsidir.  Memorandum çərçivəsində tədqiqatçıların və digər inzibati personalın mübadiləsi; tələbə, magistrant və müəllimlərin mübadiləsi; müştərək tədqiqat layihələri və təcrübə proqramlarının həyata keçirilməsi; birgə mühazirə və simpoziumların təşkil olunması; akademik informasiya və materialların mübadiləsi və bu kimi birgə əməkdaşlıq istiqamətləri nəzərdə tutulub. 

İctimaiyyətlə əlaqələr şöbəsi


DİGƏR XƏBƏRLƏR