XƏBƏRLƏR

Azərbaycan Universitetinin prorektoru elmi konfransda məruzə ilə çıxış edib

Azərbaycan Universitetinin prorektoru  elmi konfransda məruzə ilə çıxış edib

18 noyabr 2022

Baxış sayı: 4266

Azərbaycan Universitetinin elmi işlər üzrə prorektoru Yusif Qasımov  Sumqayıt Dövlət Universitetinin (SDU) 60 illik yubileyinə həsr olunmuş “Universitet elminin və təhsilinin müasir problemləri” mövzusunda respublika elmi konfransının plenar iclasında məruzə ilə çıxış edib. Tədbir zoom platforması üzərindən onlayn formatda təşkil olunub. 

Konfransı giriş sözü ilə SDU-nun elm və innovasiyalar üzrə prorektoru, professor Ramazan Məmmədov açıb. “Elm, təhsil və tərbiyənin vəhdətliyi probleminə linqvodidaktik baxış” adlı məruzə ilə çıxış edən Ramazan Məmmədov iştirakçılara SDU-nun yaranma tarixi, fəaliyyət istiqamətləri, həyata keçirdiyi beynəlxalq proqram və layihələr barədə məlumat verib. 

Azərbaycan Universitetinin elmi işlər üzrə prorektoru Yusif Qasımov çıxışının əvvəlində Prezident İlham Əliyevin Sumqayıt Dövlət Universitetinin 60 illiyi münasibətilə və Azərbaycanda təhsilin inkişafında xidmətlərinə görə Sumqayıt Dövlət Universitetinin əməkdaşlarının təltif edilməsi haqqında sərəncamlarını xatırladıb, bu ali məktəbin “Əməkdar müəllim” fəxri adına layiq görülən və “Tərəqqi” medalı ilə təltif olunan əməkdaşlarını təbrik edib. 

Yusif Qasımov daha sonra “Azərbaycanda ali təhsil: müasir çağırışlar” mövzusunda məruzə ilə çıxış edib. Prorektor çıxışında dünyada elm və təhsil sahəsində son 10 il ərzində baş verən keyfiyyət dəyişikliklərinə toxunub, universitet-sənaye əməkdaşlığının əhəmiyyətini vurğulayıb. 

Biz də Azərbaycan Universitetinin kollektivi adından Sumqayıt Dövlət Universitetininin rəhbərliyini və əməkdaşlarını yubiley münasibətilə təbrik edir,  gələcək fəaliyyətlərində uğurlar arzulayırıq.

Qeyd edək ki, konfransın işində Azərbaycan, Türkiyə və Rusiya ali təhsil müəssisələrinin nümayəndələri də iştirak edib. Konfrans işini gün ərzində 9 bölmə üzrə davam etdirib. 

İctimaiyyətlə əlaqələr şöbəsi


DİGƏR XƏBƏRLƏR