XƏBƏRLƏR

Azərbaycan Universitetinin rektoru Səadət Əliyeva yubiley medalı ilə təltif olunub

Azərbaycan Universitetinin rektoru Səadət Əliyeva yubiley medalı ilə təltif olunub

16 fevral 2024

Baxış sayı: 647

Azərbaycan Universitetinin rektoru Səadət Əliyeva Elm və Təhsil naziri Emin Əmrullayevin 26 oktyabr 2023-cü il tarixli əmrinə əsasən “Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illiyi (1921 –2021)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif olunub. 

Azərbaycanın ilk ali pedaqoji təhsil ocağının – Azərbaycan Dövlət Pedaqoji Universitetinin fəaliyyətə başlamasının 100 illiyi 2021-ci ildə tamam olub. Ölkəmizin təhsil tarixində xüsusi yer tutan, zəngin ənənələrə malik ali təhsil müəssisələrindən olan Azərbaycan Dövlət Pedaqoji Universiteti yarandığı vaxtdan etibarən üzərinə düşən vəzifələri həmişə layiqincə yerinə yetirib, elmi-pedaqoji kadr hazırlanması işini müvəffəqiyyətlə həyata keçirib. 

Qeyd edək ki, yubiley medalı ilə elm, təhsil və pedaqoji kadr hazırlığı sahələrində yüksək nailiyyətlər əldə etmiş, bu sahələrin inkişafına xüsusi töhfə vermiş, sosial-mədəni inkişafda fəal iştirak etmiş müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əməkdaşları, o cümlədən keçmiş əməkdaşları, məzunları, həmçinin elm, təhsil və beynəlxalq əməkdaşlıq sahəsində dövlət siyasətinin həyata keçirilməsində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) tərəqqisində xüsusi xidmətləri olan Azərbaycan  Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər təltif edilirlər.

İctimaiyyətlə əlaqələr şöbəsi

DİGƏR XƏBƏRLƏR