XƏBƏRLƏR

Azərbaycan Universitetinin tələbələri “İstiqlaliyyət” küçəsinin tarixi və abidələri ilə tanış olublar

Azərbaycan Universitetinin tələbələri “İstiqlaliyyət” küçəsinin tarixi və abidələri ilə tanış olublar

08 fevral 2024

Baxış sayı: 524

Azərbaycan Universitetinin bir qrup tələbəsinin “İstiqlaliyyət” küçəsi və İçərişəhərə ekskursiyası təşkil olunub. Ekskursiyada tələbələrə Maliyyə və mühasibat kafedrasının müəllimi Qəhrəman Yusupov və Siyasi və ictimai elmlər kafedrasının müəllimi Kamran Behbudov rəhbərlik edib.

Ekskursiyada iştirak edən tələbələrə İstiqlaliyyət küçəsində yerləşən tikililər, inzibati və tarixi binalar - İsmailliyə sarayı, Azərbaycan Dövlət Akademik Filarmoniyası, Filarmoniya bağı, AMEA Əlyazmalar İnstitutu, Hüseyn Cavidin ev-muzeyi, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi, İçərişəhərin qala divarları, Akademik Yusif Məmmədəliyevin, Mirzə Ələkbər Sabirin və Nizami Gəncəvinin heykəlləri, "İstiqlal bəyannaməsi" abidəsi haqqında məlumat verilib, küçənin yaxın və uzaq tarixinə dair maraqlı faktlar təqdim edilib. Tələbələrin diqqətinə çatdırılıb ki, “İstiqlaliyyət” küçəsi 100 ildən çoxdur ki, paytaxtın ən gözəl və ən əhəmiyyətli küçəsi olma özəlliyini qoruyub saxlayır. Küçə bir çox ilklərə şahidlik edib. Bakıda ilk çoxmərtəbəli bina burada tikilib, ilk park burada salınıb və ilk heykəl burada ucaldılıb, ilk hərbi parad bu küçədə keçirilib. 

Tələbələr daha sonra Tahir Salahovun ev muzeyi və Dəmir yol muzeyini də ziyarət ediblər.

İctimaiyyətlə əlaqələr şöbəsi

DİGƏR XƏBƏRLƏR