XƏBƏRLƏR

Azərbaycan Universitetinin tələbələri “Smart Kənd” layihəsini təqdim ediblər

Azərbaycan Universitetinin tələbələri “Smart Kənd” layihəsini təqdim ediblər

27 aprel 2023

Baxış sayı: 1073

Azərbaycan Universitetinin İnformasiya-kommunikasiya texnologiyaları fakültəsinin tələbələrindən ibarət komandası Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin tabeliyində Milli Aerokosmik Agentliyin Elmi-Tədqiqat Aerokosmik İnformatika İnstitutunda “Smart Kənd” startap layihəsinin təqdimat mərasimində iştirak edib. Tədbirdə Kompüter mühəndisliyi ixtisasında təhsil alan tələbələr Məhəmməd Behbudov, Eyvaz Bayramov, Nadir Məmmədovun hazırladığı prototip münsiflərə təqdim olunub. Təqdimatın ardından komanda üzvləri münsifləri maraqlandıran sualları cavablandırıblar. 

Layihə Müdafiə Sənayesi Nazirliyinin tabeliyində Milli Aerokosmik Agentliyin Elmi-Tədqiqat Aerokosmik İnformatika İnstitutu və Azərbaycan Universiteti arasında imzalanan əməkdaşlığa dair memorandum çərçivəsində hazırlanıb. Təqdimat mərasimində komandanın rəhbəri, İnformasiya-kommunikasiya texnologiyaları fakültəsinin dekanı Asif Paşayev də iştirak edib. Asif Paşayev  institutun direktoru, texnika elmləri doktoru, professor Elçin İsgəndərzadə ilə startap layihəsinin perspektivləri, xüsusən hərbi təyinatlı istiqamətlərdə yeni variantların hazırlanması imkanlarını müzakirə ediblər. Görüşdə əməkdaşlığın bu istiqamətdə davam etdirilməsi qərara alınıb. 

Yekun qiymətləndirmə müsabiqəyə təqdim olunan bütün layihələrin təqdimatları dinlənildikdən sonra olacaq. 

Komandamıza uğurlar arzu edirik!

 İctimaiyyətlə əlaqələr şöbəsi


DİGƏR XƏBƏRLƏR