XƏBƏRLƏR

Azərbaycan Universitetinin tələbələri SPECA sərgisini ziyarət edib

Azərbaycan Universitetinin tələbələri SPECA sərgisini ziyarət edib

25 noyabr 2023

Baxış sayı: 510

Azərbaycan Universitetinin Biznes və iqtisadiyyat fakültəsinin Turizm işinin təşkili və Turizm bələdçiliyi ixtisasları üzrə təhsil alan tələbələri Bakı Ekspo Mərkəzində keçirilən Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün BMT-nin Xüsusi Proqramı - SPECA həftəsi çərçivəsində “SPECA Ölkələrinin Sərgisi: Dayanıqlı inkişaf üçün regional əməkdaşlıq” sərgisini ziyarət ediblər. Tələbələr sərgidə nümayiş etdirilən stendlərlə tanış olub, məhsullar və avadanlıqlar barədə məlumat alıblar.

Qeyd edək ki, Azərbaycanın xüsusi təşəbbüsü ilə keçirilən sərgi SPECA-nın yaradılmasının 25 illiyi münasibətilə təşkil olunub. Sərginin Azərbaycan stendində iqtisadi inkişaf, sənaye, kənd təsərrüfatı, rəqəmsal inkişaf və innovasiyalar, nəqliyyat infrastrukturu va tranzit yükdaşımalar, energetika, müdafiə sanayesi, turizm, sahibkarlığın inkişafına dövlət dəstəyi, Ələt azad iqtisadi zonası, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrası istiqamətində görülən işlər, həmçinin ümummilli lider Heydər Əliyevə həsr olunan xüsusi stend nümayiş olunur. SPECA-ya digər üzv ölkələr - Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan və Türkmənistan da stendlə təmsil olunur. Sərginin məqsədi iştirakçı ölkələrin iqtisadi potensialını nümayiş etdirmək, birlikdə qarşılıqlı faydalı tərəfdaşlıq imkanlarını müzakirə etmək və üzv dövlətlər arasında regional iqtisadi əməkdaşlığı gücləndirməkdir.

İctimaiyyətlə əlaqələr şöbəsi



DİGƏR XƏBƏRLƏR