XƏBƏRLƏR

Azərbaycan Universitetinin təsis etdiyi “Social Issues” jurnalının ilk sayı çapdan çıxıb

Azərbaycan Universitetinin təsis etdiyi “Social Issues” jurnalının ilk sayı çapdan çıxıb

14 sentyabr 2023

Baxış sayı: 758

Son zamanlar dünyada və eləcə də Azərbaycanda sosial iş, onun təşkili, sosial siyasət kimi mövzulara marağın artması bu məsələlərin elmi cəhətdən araşdırılmasını da aktuallaşdırıb. Bunu nəzərə alaraq Azərbaycan Universitetinin Elmi şurasının qərarı ilə “Social Issues” elmi jurnalı təsis edilib. Jurnalın beynəlxalq Redaksiya Heyəti formalaşdırılıb və buraya dünyanın müxtəlif ölkələrini təmsil edən tanınmış alimlər cəlb edilib. Jurnalın baş redaktoru kimi sosial elmlər sahəsində tanınmış alim, Alexandru Ioan Cuza Universitetinin (İasi, Rumıniya) professoru Stefan Cojocaru təsdiq edilib.

Jurnalda əsasən icma tədqiqatları, münaqişə, sosial fəaliyyət, əlillik, asılılıq problemləri, ailə, səhiyyə siyasəti, işsizlik, hüquq və cəmiyyət, yoxsulluq və bərabərsizlik, irqi və etnik azlıqlar, sosial problemlər nəzəriyyəsi, psixi sağlamlıq, sosial iş və sosial iş təhsili məsələlərinə həsr olunmuş məqalələrin çapı nəzərdə tutulur.

Jurnalın yenicə çapdan çıxmış ilk sayında müxtəlf ölkədən olan müəlliflərin sosial işin təşkili, uşaq hüquqlarının idarə edilməsi sistemləri, maliyyə savadlılığı və yoxsulluğun azaldılması və bu kimi digər maraqlı mövzularda məqalələr yer alıb. 

Redaksiya heyətinin tərkibi, çap edilmiş məqalələrin coğrafiyası və elmi səviyyəsi jurnalın tezliklə dünya elmi mühiti tərəfindən qəbul ediləcəyinə və elmi indekslənmə bazalarına daxil olacağına əsas verir.

Jurnalın səhifəsinə keçid:

https://au.edu.az/en/publications/socialissues 

İctimaiyyətlə əlaqələr şöbəsi



DİGƏR XƏBƏRLƏR