XƏBƏRLƏR

Azərbaycan Universiteti II Türk Dünyası Ədəbiyyat və Kitab Festivalında iştirak edir

Azərbaycan Universiteti  II Türk Dünyası Ədəbiyyat və Kitab Festivalında iştirak edir

06 iyun 2023

Baxış sayı: 830

Azərbaycan Universiteti ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş II Türk Dünyası Ədəbiyyat və Kitab Festivalında öz stendi ilə iştirak edir. Stenddə Azərbaycan Universitetinin nəşri olan monoqrafiya, dərslik və dərs vəsaitləri, elmi jurnallar, konfrans materialları, həmçinin professor-müəllim heyətinin kitab və dərs vəsaitləri, xüsusi nəşrləri sərgilənir. Stendin qonaqlarına nümayiş olunan nəşrlər, həmçinin Azərbaycan Universiteti haqqında məlumat verilir. 

Festival Beynəlxalq Türk Müəllifləri Birliyinin təşkilatçılığı, Azərbaycan Yazıçılar Birliyi (AYB), Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Milli Məclisin Mədəniyyət komitəsi, Azərbaycan Milli Elmlər Akademiyası, Bakı Şəhər İcra Hakimiyyəti, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu, Beynəlxalq Türk Akademiyası, TÜRKSOY, TÜRKPA, Yunus Əmrə İnstitutu, İLESAM və digər qurumların dəstəyi ilə keçirilir.

Festival çərçivəsində təşkil olunan kitab yarmarkasında müxtəlif nəşriyyatlar iştirak edir. Tədbir hər gün bir ölkənin adı ilə (Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Özbəkistan və Macarıstan) adlandırılacaq. Eyni zamanda elmi konfranslar, şeir saatları, imza günləri təşkil ediləcək, uşaq tamaşaları nümayiş olunacaq. Festivalda ilk dəfə olaraq yay kinoteatrı formatında filmlərin nümayişi də gözlənilir. Bir həftə davam edəcək festivalda hər gün türk dünyasının tanınmış müəllifləri ilə görüşlər, imza mərasimləri keçiriləcək.

İctimaiyyətlə əlaqələr şöbəsi



DİGƏR XƏBƏRLƏR