XƏBƏRLƏR

“Azərbaycanda İslam bankçılığının tətbiqi imkanları” mövzusunda mühazirə təşkil olunub

“Azərbaycanda İslam bankçılığının tətbiqi imkanları” mövzusunda mühazirə təşkil olunub

06 mart 2024

Baxış sayı: 719

Azərbaycan Universitetinin Təlim və Tədris Mərkəzi (TLC) ilə Maliyyə və mühasibat kafedrasının birgə təşəbbüsü ilə universitetin əməkdaşları və tələbələri üçün “Azərbaycanda İslam bankçılığının tətbiqi imkanları” mövzusunda mühazirə təşkil olunub. Mühazirəni İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyinin İdarə Heyətinin sədri, i.ü.f.d. Ruslan Atakişiyev oxuyub.

Tədbiri giriş sözü ilə Maliyyə və mühasibat kafedrasının müdiri, dosent Nəriman Böyükkişi açaraq qonağı iştirakçılara təqdim edib. Ardınca Ruslan Atakişiyevin təkmilləşdirilmiş “Ortaqlı biznes” kitabının təqdimatı olub. Kitab sahibkarlar, biznesə yeni başlayanlar, gənc təşəbbüskarlar, konsultantlar və maraqlananlar üçün nəzərdə tutulub.

Daha sonra məruzəçi tələbələrə İslam maliyyəsinin və bankçılığının mahiyyəti və şərtləri, islam və ənənəvi bankçılığın ümumi və fərqli cəhətləri,  ölkəmizdə İslam bankçılığının tətbiqi imkanları və xüsusiyyətləri ilə bağlı məlumatlar verib.

Tədbirin gedişində mühazirə mövzusu ilə bağlı müzakirələr aparılıb və suallar cavablandırılıb.

Tədbirdə universitetin professor-müəllim, inzibati-texniki heyət üzvləri və tələbələr iştirak edib.

İctimaiyyətlə əlaqələr şöbəsi

DİGƏR XƏBƏRLƏR