XƏBƏRLƏR

Azərkosmos Azərbaycan Universitetinin İKT tələbələrini sertifikatla təltif edib

Azərkosmos Azərbaycan Universitetinin İKT tələbələrini sertifikatla təltif edib

19 dekabr 2019

Baxış sayı: 3203

Azərbaycan Universitetinin “AU&SAT” komandası “CanSat Azərbaycan - 2019” tələbə model peyk müsabiqəsinin final mərhələsində uğurla iştirak etdiyinə görə “Azərkosmos” tərəfindən sertifikatla təltif olunub. Komandanın tərkibinə Lalə Muxtarova (kompüter elmləri, magistratura), Fəhmin Zakirli (kompüter mühəndisliyi, bakalavriat), Əlizaman Həbibli (kompüter mühəndisliyi, bakalavriat) və Xəyal İsmayılov (kompüter mühəndisliyi, bakalavriat) daxildir. Tələbələr müsabiqəyə İKT fakültəsinin dekanı Asif Paşayev, riyaziyyat və informatika kafedrasının müəllimləri Əbilhəsən Əhmədov və Gündüz Mirzəbəylinin rəhbərliyində hazırlaşıblar.

Müsabiqənin final mərhələsində iştirak hüququ əldə edən komandaların sayı 13 olub.

Qeyd edək ki, ali təhsil müəssisələrinin tələbələri üçün nəzərdə tutulan “CanSat Azərbaycan” müsabiqəsi "Azərkosmos" və Azərbaycan Respublikası Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilir. Müsabiqənin şərtlərinə əsasən, komandalar tərəfindən kiçik peyk modeli hazırlanır. Model müəyyən edilmiş hündürlükdən buraxıldıqdan sonra yerə enərkən, təyin olunmuş missiyanı yerinə yetirir. Müsabiqənin bu ilki final mərhələsində iştirak hüququ əldə edən komandaların sayı 13 olub.

İctimaiyyətlə əlaqələr şöbəsi
19.12.2019


DİGƏR XƏBƏRLƏR