XƏBƏRLƏR

Bakalavrlar Abituriyent Məsləhət Mərkəzinə müraciət edə bilərlər

Bakalavrlar Abituriyent Məsləhət Mərkəzinə müraciət edə bilərlər

07 iyul 2023

Baxış sayı: 656

Azərbaycan Universitetinin Abituriyent Məsləhət Mərkəzinin xüsusi təlim keçmiş əməkdaşları yalnız abituriyentlərə deyil, bakalavrlara da texniki dəstək və məsləhət xidməti göstərir. Bakalavrlar “Bakalavrın elektron ixtisaslaşma seçimi ərizəsi”nin doldurulma və təsdiq edilmə qaydası, habelə bu zaman qarşıya çıxa biləcək texniki problemlərin həlli, ixtisaslaşma seçimi zamanı diqqət yetirilməli olan məsələlərlə bağlı mərkəzə müraciət edə bilərlər. Mərkəz şənbə və bazar günləri istisna olmaqla hər gün saat 10.00-dan 17.00-dək Azərbaycan Universitetinin Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Hacıbəyli 71 ünvanında yerləşən tədris binasında ödənişsiz əsaslarla fəaliyyət göstərir. 

Qeyd edək ki, 2023/2024-cü tədris ili üçün ali təhsil müəssisələrinin magistraturalarına qəbul olmaq üçün ixtisaslaşma seçimi iyulun 6-dan 13-dək internet vasitəsilə aparılır. İxtisaslaşma seçiminə 19 fevral və 11 iyun 2023-cü il tarixlərində keçirilmiş magistraturaya qəbul imtahanının birinci və ya ikinci cəhdinin (bəzi proqramlar üzrə həmçinin qabiliyyət imtahanının) nəticələrinə əsasən müəyyən edilmiş minimal tələbləri ödəyən və ixtisaslaşma seçimində iştirak etmək hüququ qazanan bakalavrlar buraxılırlar. Həmin bakalavrlar eservices.dim.gov.az/erizemag/ixtisas1 internet səhifəsinə daxil olaraq “Bakalavrın elektron ixtisaslaşma seçimi ərizəsi”ni doldurmalı və özləri təsdiq etməlidirlər.

İctimaiyyətlə əlaqələr şöbəsi


DİGƏR XƏBƏRLƏR