XƏBƏRLƏR

“Bədii sözün tanrısı: Nizami Gəncəvi” adlı ədəbi-bədii gecə keçirilib

“Bədii sözün tanrısı: Nizami Gəncəvi” adlı ədəbi-bədii gecə keçirilib

06 dekabr 2021

Baxış sayı: 1408

Azərbaycan Universitetində Nizami Gəncəvinin 880 illik yubileyi ilə əlaqədar tədbirlərin keçirilməsi davam edir. Növbəti belə tədbir Azərbaycan dili və ədəbiyyat kafedrası ilə xarici dillər kafedrası tərəfindən birgə təşkil olunub.

Tələbələrin iştirakı ilə hazırlanan “Bədii sözün tanrısı: Nizami Gəncəvi” adlı ədəbi-bədii gecənin açılışında Azərbaycan dili və ədəbiyyat kafedrasının müdiri Ülviyyə Rəhimova Nizami Gəncəvinin Azərbaycan xalqına 12-ci əsrdə bəxşedilmiş dahi şəxsiyyət olduğunu qeyd edib. Kafedra müdiri bildirib ki, yaradıcılığı ümumbəşəri mahiyyət daşıyan Nizami Gəncəvinin əsərləri dünya ədəbiyyatının şah əsərləri sırasındadır. Xarici dillər kafedrasının müdiri Samirə Məmmədova bildirib ki, xalqımız Nizami Gəncəvinin zəngin irsinə böyük qiymət verib və həmişə sahib çıxıb. Tələbələrin tədbirə böyük ruh yüksəkliyi ilə hazırlaşmaları ona olan hörmətin və sevginin ən bariz sübutudur.

Tədbirdə dahi şairin yaradıcılığı və poemaları haqqında məlumat verilib, əsərlərindən hazırlanmış səhnəciklər təqdim olunub, Azərbaycan və ingilis dillərində qəzəlləri səsləndirilib. Tələbələr tədbirə Azərbaycan dili və ədəbiyyat kafedrasının müəllimi Solmaz Süleymanovanın rəhbərliyi ilə hazırlaşıblar.

Ədəbi-bədii gecə Prezident İlham Əliyevin 2021-ci ilin ölkəmizdə “Nizami Gəncəvi ili” elan olunması ilə bağlı Sərəncamını rəhbər tutaraq və Azərbaycan Universitetinin “Nizami Gəncəvi ili” tədbirlər planı çərçivəsində təşkil olunub.

İctimaiyyətlə əlaqələr şöbəsi
06.12.2021

DİGƏR XƏBƏRLƏR