XƏBƏRLƏR

Beynəlxalq Ailə Gününə həsr olunmuş vebinar keçirilib

Beynəlxalq Ailə Gününə həsr olunmuş vebinar keçirilib

16 may 2021

Baxış sayı: 1911

Sosial işin təşkili kafedrasının tərkibində fəaliyyət göstərən “Empatiya” klubunun təşkilatçılığı ilə Beynəlxalq Ailə Gününə həsr olunmuş vebinar keçirilib. Vebinarı klubun sədri, universitetin Gənclərlə iş ixtisası üzrə magistratura II kurs tələbəsi Şalan Novruzov açaraq tədbirin gündəliyi ilə iştirakçıları tanış edib. Klub sədri bildirib ki, Beynəlxalq Ailə Günü BMT-nin Baş Assambleyasının qətnaməsinə müvafiq olaraq 1994-cü ildən qeyd olunur. Azərbaycan bu ənənəyə 2008-ci ildən qoşulub. Aksiya insanların diqqətini ailə problemlərinin həllinə yönəltməyə xidmət edir.

Vebinarda Azərbaycan Respublikası Təhsil İnstitutunun “İstedadlı uşaqlarla iş” şöbəsinin müdiri, professor Elxan Bəylərovun “Ailə  dəyərləri- doğru bilinən yalnışlar” mövzusunda çıxışı dinlənilib.

Gənclərlə iş ixtisası üzrə magistratura tələbələri Fərəh Məcidzadə “Dövlət idarəçilərinin ailə idarəçiliyində təcrübəsi” və Şalan Novruzov “Gənclərin ailə qurmağa hazırlığı”, tədbirin qonağı, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbəsi Ofelya Cavadova “Ailə həyatı qurmağa ilk addımım” mövzusunda cıxış ediblər.

Vebinarda “Nikah və ailə qurmağa gənclərin münasibəti” sorğusunun nəticələri də təqdim olunub.

Vebinarı Sosial işin təşkili kafedrasının müəllimi Aynur Bünyatzadə “Möhkəm ailə münasibətlərinin 7 prinsipi” mövzusunda təqdimatı ilə yekunlaşdırıb.

İctimaiyyətlə əlaqələr şöbəsi
16.05.2021

DİGƏR XƏBƏRLƏR