XƏBƏRLƏR

V Avropa İqtisadi Konqresi Azərbaycan Universitetində keçiriləcək

V Avropa İqtisadi Konqresi Azərbaycan Universitetində keçiriləcək

22 noyabr 2018

Baxış sayı: 4270

15-17 noyabr tarixlərində Türkiyənin Kocaeli şəhərində keçirilən və Azərbaycan Universitetinin həmtəşkilatçısı olduğu IV Avropa İqtisadi Konqresi uğurla başa çatıb. Beynəlxalq tədbirin digər təşkilatçıları Kocaeli Universiteti və Polşanın WSB Universitetidir.

IV Avropa İqtisadi Konqresində 16 ölkədən 130 tədqiqatçı iştirak edib. Tədbirdə müasir iqtisadiyyatın aktual problemlərinə həsr edilmiş 80 məruzə dinlənilib və bu istiqamətdə təşkil edilən sessiyalarda müzakirələr aparılıb.

Nüfuzlu beynəlxalq tədbirdə Azərbaycan Universitetini Elmi işlər üzrə prorektor, professor Yusif Qasımovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.

Azərbaycan Universiteti ilə Kocaeli Universiteti arasında aparılan müzakirələrin nəticəsi olaraq V Avropa İqtisadi Konqresinin (ECOEI V) 25-27 aprel 2019-cu il tarixlərində Azərbaycan Universitetində keçirilməsi qərara alınıb.  Bu barədə konqresin rəsmi https://ecoei.org/ veb səhifəsində məlumat yerləşdirilib.

Bütün tədqiqatçı və alimləri tədbirdə iştiraka, elmi nəticələrini təqdim etməyə dəvət edirik.

Konqresin rəsmi veb səhifəsinə keçid: https://ecoei.org/

İctimaiyyətlə əlaqələr şöbəsi
22.11.2018

DİGƏR XƏBƏRLƏR