XƏBƏRLƏR

V Avropa İqtisadi Konqresi yekunlaşdı

V Avropa İqtisadi Konqresi yekunlaşdı

27 aprel 2019

Baxış sayı: 3158

Azərbaycan Universiteti bir ilkə imza ataraq Avropa İqtisadi Konqresləri seriyasından olan beşinci tədbirin nüfuzlu iqtisadçı alimlərin iştirakı ilə Bakıda keçirilməsinə nail oldu. Konqres, “Tədqiqatyönümlü ali təhsil müəssisəsi” statusuna nail olunması, paralel olaraq Azərbaycan Universitetinin beynəlxalq elmi nüfuzunun artırılması istiqamətində aparılan ardıcıl və məqsədyönlü işlərin tərkib hissəsi olaraq həyata keçirildi.   

Türkiyənin Kocaeli və Polşanın WSB Universiteti ilə birgə keçirilən tədbir “Qlobal iqtisadi trendlər” mövzusuna fokuslandı.

Konqresin açılış mərasimində çıxış edən millət vəkilləri Aydın Mirzəzadə, Qənirə Paşayeva, Kocaeli və WSB universitetlərinin nümayəndələri prof. Selçuk Koç və Pavel Urgacz, AMEA-nın müxbir üzvü, prof. Akif Musayev, İqtisadiyyat Nazirliyi İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun direktoru, prof. Vilayət Vəliyev, mərasimdə iştirak edən digər qonaqlar, konqresin dəvətli məruzəçiləri Almaniyadan prof. Hans - Michael Trautwein, İspaniyadan profes. Rui Alexandre Castanho, İtaliyadan prof. Roberto Ciccone, Polşadan prof. Tomasz Kasprowicz, bölmə sədrləri, məruzəçilər, tədbirin keçirilməsində aktiv iştirak edən Azərbaycan Universitetinin Tələbə Gənclər Təşkilatının bütün üzvlərinə təşəkkür edirik.

Tədbirin plenar iclasında və bölmələrində aparılan müzakirə və fikir mübadilələrinin, irəli sürülən təkliflərin beynəlxalq elmi əməkdaşlığın yüksələn xətt üzrə inkişafına yeni töhfələr verəcəyinə, beynəlxalq heyətin ölkəmizdən öz vətənlərinə xoş təəssüratlarla qayıdacaqlarına inanırıq.

İqtisadçı alimləri və tədqiqatçıları dünya alimlərinin diqqətini ciddi elmi tədbir kimi cəlb edən və yeni iştirakçıların hesabına coğrafiyası getdikcə genişlənən Avropa İqtisadi Konqresinin altıncı seriyasında iştiraka dəvət edirik.

İctimaiyyətlə əlaqələr
27.04.2019 


DİGƏR XƏBƏRLƏR