XƏBƏRLƏR
Bəxtiyar Bədəlov beynəlxalq Erasmus tədbirində iştirak edir
Azərbaycan Universitetinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Bəxtiyar Bədəlov Rumıniyanin Timisioara Universitetində keçirilən “Erasmus International Week” tədbirində iştirak edir. 20 ölkədən 80 nümayəndənin iştirak etdiyi beynəlxalq tədbirdə Bəxtiyar Bədəlov Azərbaycan və Azərbaycan Universiteti haqqında təqdimatla çıxış edib.
9 may tarixində başlayan və sayca onuncusu təşkil olunan “Erasmus International Week” beynəlxalq tədbiri 13 may tarixində yekunlaşacaq.
Qeyd edək ki, Azərbaycan Universiteti beynəlxalq kredit mobilliyi proqramı “Erasmus”a 2015-ci ildə qoşulub. Rumıniyanin Timisioara Universiteti ilə əməkdaşlığa isə 2020-ci ildə start verilib.
İctimaiyyətlə əlaqələr şöbəsi
11.05.2022
DİGƏR XƏBƏRLƏR
Azərbaycan Universitetində 2026/2027-ci tədris ilinə start verilib
15 sentyabr 2026
Bu il 22 tələbə Azərbaycan Universitetini fərqlənmə diplomu ilə bitirib
09 sentyabr 2026
Tərcümə və filologiya kafedrasının baş müəlliminə fəlsəfə doktoru elmi dərəcəsi verilib
07 sentyabr 2026
“Ulduz tələbə”lərin seçilməsi üçün müraciətlər başlayır
27 avqust 2026
Abituriyentlərə peşəkar məsləhət və informasiya dəstəyi
18 avqust 2026
Azərbaycan Universiteti bakalavriat səviyyəsinə 24 ixtisas üzrə qəbul aparır
11 avqust 2026
