XƏBƏRLƏR

“Beynəlxalq ailə günü”nə həsr olunmuş vebinar keçirilib

“Beynəlxalq ailə günü”nə həsr olunmuş vebinar keçirilib

15 may 2020

Baxış sayı: 2672

Azərbaycan Universitetinin Sosial işin təşkili kafedrası tərəfindən 15 May - Beynəlxalq Ailə Gününə həsr olunmuş “Müasir ailə modeli” mövzusunda vebinar keçirilib.

Vebinarda iştirakçılara Beynəlxalq ailə gününün təsis olunması və qeyd olunması  ilə bağlı ümumi məlumat verilib, ənənəvi ailə modeli, müasir ailə modeli, ailədaxili münaqişələr, ailə-sosial işçi əməkdaşlığı kimi mövzulara toxunulub.

Vebinarda Həyat fəaliyətinin müxtəlif sahələrində Sosial iş ixtisası üzrə təhsil alan magistratura tələbələri Aygün Muradlı “Ailə modelinə qlobal baxış, problemlər və perspektivlər”, Kəmalə Abbasova “Müasir ailə modeli”, Səcdə Məmmədova “Aran bölgəsində icmalararası ailə münasibətləri”, Aysel Babayeva “Uşaqların tərbiyəsində valideynlərin rolu”, Sosial iş ixtisası üzrə III kurs tələbəsi Lalə Hüseynova “Ailə-sosial işçi əməkdaşlığı”, II kurs tələbəsi Nərmin Əhmədova “Ənənəvi və müasir ailələrin müqayisəli təhlili” mövzularında təqdimat ediblər.

Sonda movzu ətrafında müzakirə aparılıb.

İctimaiyyətlə əlaqələr şöbəsi
15.05.2020

DİGƏR XƏBƏRLƏR