XƏBƏRLƏR

Beynəlxalq ECDL sertifikatı iş dünyasına çıxışı dəstəkləyir

Beynəlxalq ECDL sertifikatı iş dünyasına çıxışı dəstəkləyir

22 oktyabr 2018

Baxış sayı: 3791

Tələbələrinin seçdikləri ixtisas üzrə günün tələbləri ilə səsləşən bilik, bacarıq və vərdişlərə yiyələnməsini daim diqqət mərkəzində saxlayan Azərbaycan Universiteti bu istiqamətdə növbəti mühüm addım ataraq kompüter biliklərini ölçən beynəlxalq sertifikat proqramı ECDL (European Computer Driving Lisence) təlimlərinə start verir. Universitetin ECDL Təlim və Test Mərkəzi tərəfindən təşkil olunan təlimlərdə Azərbaycan Universitetinin bütün ixtisaslar üzrə III və IV kurs tələbələri iştirak edə bilər.

Dərs müddəti 2 aydır. Dərslər həftədə 2 dəfə, hər dərs 90 dəqiqə olmaqla təşkil olunacaq və aşağıdakı modullar üzrə aparılacaqdır.

  • Kompüterin əsasları
  • Onlayn biliklər
  • Mətn Prosessoru
  • Elektron cədvəllər
  • Təqdimat

Dərslər 1 noyabr 2018-ci il tarixində başlayacaqdır. Təlimlərdə iştirak ödənişlidir. Ödəniş 100 manatdır. İmtahanı uğurla keçənlərə müvafiq modullar üzrə beynəlxalq sertifikat veriləcəkdir.

Təlimləri Azərbaycan Universitetinin İnformasiya-kommunikasiya texnologiyaları fakültəsinin dekanı Asif Paşayev aparacaq.

Qeydiyyat və əlavə məlumat üçün İKT fakültəsi ilə əlaqə saxlamağınız xahiş olunur.

Tel.: (+99412) 4314112/13/16/17 (daxili 121, 122), 0502683807, 0502851496

Qeyd edək ki, Azərbaycan Universiteti ECDL-in (European Computer Driving Licence – Avropa Kompüter Səviyyəsi Ölçmə Sertifikatı ) ölkəmizdəki rəsmi Akkreditasiya Olunmuş Test Mərkəzi (ATM) olaraq təsdiqlənib.

Dünyada kompüter savadlılığını təsdiq edən standartlar içərisində ECDL sertifikatı daha geniş yayılıb və 150-dən artıq ölkə tərəfindən tanınır.

Universitetin nəzdindəki ECDL Mərkəzi həm təlim, həm də test mərkəzi kimi fəaliyyət göstərir. ECDL təlimlərinin imtahanlarından uğurla keçən iştirakçılar kompüter bacarıqlarını beynəlxalq səviyyəli sertifikatla təsdiq edə bilirlər.

İctimaiyyətlə əlaqələr şöbəsi
22.10.2018


DİGƏR XƏBƏRLƏR