XƏBƏRLƏR

Avropa universitetlərinə tələbə qəbulu elan olunur

Avropa universitetlərinə tələbə qəbulu elan olunur

22 oktyabr 2018

Baxış sayı: 3272

Tələbələrimizin nəzərinə!

Azərbaycan Universitetinin Beynəlxalq əlaqələr şöbəsi “Erasmus+” mübadilə proqramı çərçivəsində Almaniyanın Koblenz, İtaliyanın Sapienza və Xorvatiyanın Dubrovnik universitetlərinə tələbə qəbulu elan edir. 5 tələbəmiz Almaniyanın Koblenz Universitetində, 3 tələbəmiz İtaliyanın Sapienza Universitetində, 1 tələbəmiz isə Xorvatiyanın Dubrovnik Universitetində təhsil ala biləcək.

2018/2019-cu tədris ilinin yaz semestrində təhsilini yuxarıda qeyd olunmuş Avropa universitetlərində davam etdirmək istəyən İngilis dili bilikləri yüksək və GPA balı 2.5-in üzərində olan tələbələr Beynəlxalq əlaqələr şöbəsinə müraciət edə bilər.

Sosial bacarıq  və dünyagörüşünü inkişaf etdirmək, yeni dostlar qazanmaq, yeni mədəniyyət və adət-ənənələrlə tanış olmaq, ingilis dilini inkişaf etdirmək istiqamətində zəngin təcrübə əldə etmək istəyən bakalavriat və magistratura tələbələri bu imkandan faydalana bilərlər.

Koblenz və Dubrovnik universitetlərinə biznes və iqtisadiyyat yönümlü ixtisaslar üzrə təhsil alan, İtaliyanın Sapienza Universitetinə isə bütün ixtisaslar üzrə təhsil alan tələbələr müraciət edə bilər.

Müraciətləri qəbul olan tələbələr təhsil aldıqları dövrdə tam təqaüdlə təmin olunacaq,  qazandıqları kreditlər daha sonra Azərbaycan Universitetinə transfer olunacaqdır.

Müraciət üçün son tarix 25 oktyabr 2018-ci ildir.
Beynəlxalq əlaqələr şöbəsi IV mərtəbədədir.
Əlaqə telefonu(+99412) 431 41 12 daxili 130, 055 220 40 53

İctimaiyyətlə əlaqələr şöbəsi
22.10.2018

DİGƏR XƏBƏRLƏR