XƏBƏRLƏR

Beynəlxalq konfransın hazırlıqları davam edir

Beynəlxalq konfransın hazırlıqları davam edir

03 may 2021

Baxış sayı: 1878

Azərbaycan Universitetində 7 may 2021-ci il tarixində keçiriləcək "Nizami Gəncəvinin əsərləri Azərbaycan xalqının etnogenezisinin Qafqaz və Türk dünyası kontesktində öyrənilməsində ədəbi və tarixi mənbə kimi" beynəlxalq konfransının hazırlıqları davam edir.

ABŞ-ın Arizona Universitetinin professoru Kamran Talattof və Ball State Universitetinin professoru Mattew R. Hotham beynəlxalq konfransa plenar məruzəçi kimi dəvət olunublar. Professor Kamran Talattof konfransın plenar iclasında “Sülh ulduzu: Nizami poeziyasinda səma və fəza”, professor Mattew R. Hotham isə  "Clutching the Pearl-Stringer: Exploring Nizami Ganjavi’s Poetic Legacy" mövzusunda məruzə ilə çıxış edəcək.

“Nizami ili” çərçivəsində təşkil olunacaq elmi konfrans dahi Azərbaycan şairi Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunur. Pandemiya şəraitini nəzərə alaraq konfrans zoom platforması üzərindən təşkil olunacaqdır.

Konfransın səhifəsinə keçid:

/az/menu/554/nizami-gencevinin-eserleri-edebi-ve-tarixi-menbe-kimi-respublika-konfransi-haqqinda

İctimaiyyətlə əlaqələr şöbəsi
03.05.2021

DİGƏR XƏBƏRLƏR