XƏBƏRLƏR

“Talassemiya Günü”nə həsr olunmuş vebinar keçirilib

“Talassemiya Günü”nə həsr olunmuş vebinar keçirilib

08 may 2020

Baxış sayı: 2701

Azərbaycan Universitetinin Sosial işin təşkili kafedrasının təşəbbüsü ilə “8 May - Beynəlxalq Talassemiya Günü”nə həsr olunmuş vebinar keçirilb. “ZOOM” platforması üzərindən təşkil olunan tədbiri “Həyat fəaliyətinin müxtəlif sahələrində Sosial iş” ixtisası üzrə təhsil alan magistratura I kurs tələbəsi  Aygün Muradlı aparıb.

Vebinarda iştirakçılara talassemiya ilə  bağlı ümumi məlumat verilib, yaranma səbəbləri, növləri, əlamətləri izah olunub, talassemiya xəstəliyindən əziyyət çəkən şəxslərin tibbi reabilitasiyası, onların qan və ilik tranzfuziyası, qan köçürmənin yaratdığı mənfi xüsusiyyətlər, talassemiyanın dünya ölkələrindəki yayılma miqyası və görülən tədbirlər, TİF-in (Thalassemia İnternational Federation) yaranması və fəaliyyəti, Azərbaycanda talassemiya sahəsində görülmüş işlər, sosial işçilərin talassemiya sahəsindəki rolu və fəaliyyətləri kimi mövzular ətrafında müzakirələr aparılıb.

Vebinarda Azərbaycan Uniiversitetinin “Həyat fəaliyətinin müxtəlif sahələrində Sosial iş” ixtisası üzrə təhsil alan magistratura tələbələri ilə yanaşı, Bakıda və regionlarda fəaliyyət göstərən universitetlərin tələbələri, orta məktəb müəllimləri, psixoloqlar, talasemiyalı xəstələr də iştirak edib.

İctimaiyyətlə əlaqələr şöbəsi
08.05.2020


DİGƏR XƏBƏRLƏR