XƏBƏRLƏR

Beynəxalq əlaqələr şöbəsi xaricdə təhsil imkanları haqqında məlumat günü keçirib

Beynəxalq əlaqələr şöbəsi  xaricdə təhsil imkanları haqqında məlumat günü keçirib

04 noyabr 2023

Baxış sayı: 1048

Azərbaycan Universitetinin Beynəlxalq əlaqələr şöbəsi tərəfindən tələbələr üçün  “Erasmus+” KA1 tələbə-müəllim mübadilə layihəsi haqqında məlumat günü keçirilib. Tədbirdə şöbənin müdiri Elmira İsmayılova və Biznes və İqtisadiyyat fakültəsinin dekanı Xanım Quliyeva iştirakçılara Azərbaycan Universitetinin layihə çərçivəsində tərəfdaş olduğu universitetlər, layihəyə müraciət şərtləri, tələb olunan sənədlər və müraciət tarixləri haqqında məlumat veriblər. 

Daha sonra universitetin Biznes və iqtisadiyyat fakültəsinin tələbələri və “Erasmus+” KA1 iştirakçıları Marina Nəsibova (Maliyyə, IV kurs) və Egemen Zafer (Biznesin idarə edilməsi, II kurs) təqdimatla çıxış edərək təcrübə və təəssüratlarını tələbələrlə bölüşüblər.

Qeyd edək ki, Marina Nəsibova və Egemen Zafer 2022/2023-cü tədris ilinin yaz semestrini Almaniyanın Koblenz Universitetində oxuyublar. 

İctimaiyyətlə əlaqələr şöbəsi

DİGƏR XƏBƏRLƏR