XƏBƏRLƏR

Pakistanlı professor Shahid Nadeem Azərbaycan Universitetinin tələbələrinə master-klass keçib

Pakistanlı professor Shahid Nadeem  Azərbaycan Universitetinin tələbələrinə master-klass keçib

29 noyabr 2023

Baxış sayı: 1065

“Social Work & Social Research” beynəlxalq konfransının iştirakçısı və Pakistanın Punjab Universitetinin professoru Shahid Nadeem Azərbaycan Universitetinin tələbələrinə ustad dərsi keçib. Dərsdə Biznes və iqtisadiyyat fakültəsinin ingilisdilli marektinq ixtisaslarında təhsil alan tələbələr iştirak edib. 

Qonaq professorun məruzəsi “Business Strategy” mövzusunda olub. Dərsdə tələbələrə strategiya və mahiyyəti, strategiyanın müəyyən edilməsi mərhələləri, strategiyanın üstünlükləri üzrə nəzəri və praktiki məlumatlar verilib. 

Qeyd edək ki, “Social Work & Social Research” beynəlxalq konfransı 24-25 noyabr 2023-cü il tarixlərində Azərbaycan Universitetinin evsahibliyində Bakıda keçirilib. Hibrid formada təşkil olunan ikigünlük beynəlxalq elmi konfransda dünyanın 32 ölkəsindən 156 məruzə dinlənilib. Konfransın təşkilatçıları Azərbaycan Universiteti, Türkiyənin Sakarya Universiteti, ABŞ-ın Sent Louis Vaşinqton Universiteti və Sosial Tədqiqatlar Mərkəzidir. 

İctimaiyyətlə əlaqələr şöbəsi


DİGƏR XƏBƏRLƏR