XƏBƏRLƏR

Beynəlxalq konfransın məruzəçisi Shashidhar Channappa Sosial iş tələbələri ilə görüşüb

Beynəlxalq konfransın məruzəçisi Shashidhar Channappa Sosial iş tələbələri ilə görüşüb

28 noyabr 2023

Baxış sayı: 989

“Social Work & Social Research” beynəlxalq konfransının məruzəçisi və Hindistanın Oksford Kollecinin Sosial iş kafedrasının müdiri Shashidhar Channappa Azərbaycan Universitetinin Sosial iş ixtisası üzrə bakalavriat və magistratura səviyyələrində təhsil alan tələbələri ilə görüşüb. Qonaq Sosial iş ixtisası üzrə bakalavriat tələbələrinə “Domestic Workers”, Həyat fəaliyyətinin müxtəlif sahələrində Sosial iş ixtisası üzrə magistratura tələbələrinə isə “Urban Homeless” mövzusunda mühazirə oxuyub. Mühazirələrdə Hindistandakı sosial problemlər, sosial problemlərin həllində sosial iş və sosial işçinin rolu, Azərbaycan və Hindistanın oxşar sosial problemlərinin həlli yollarından bəhs olunub.

Qeyd edək ki, “Social Work & Social Research” beynəlxalq konfransı 24-25 noyabr 2023-cü il tarixlərində Azərbaycan Universitetinin evsahibliyində Bakıda keçirilib. Hibrid formada təşkil olunan ikigünlük beynəlxalq elmi konfransda dünyanın 32 ölkəsindən 156 məruzə dinlənilib. Konfransın təşkilatçıları Azərbaycan Universiteti, Türkiyənin Sakarya Universiteti, ABŞ-ın Sent Louis Vaşinqton Universiteti və Sosial Tədqiqatlar Mərkəzidir. 

İctimaiyyətlə əlaqələr şöbəsi


DİGƏR XƏBƏRLƏR