XƏBƏRLƏR

Bilik Fondu Azərbaycan Universitetində mühazirə təşkil edib

Bilik Fondu Azərbaycan Universitetində mühazirə təşkil edib

15 noyabr 2018

Baxış sayı: 4333

Azərbaycan Universitetində 14 noyabr - Ümumdünya Diabet Günü ilə bağlı “Diabet riski yaradan həyat tərzi” mövzusunda mühazirə təşkil olunub. Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı ilə təşkil olunan mühazirəni Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin həkim-mütəxəssisi Şəhla Mirzəzadə aparıb.

Bilik Fondunun məsləhətçisi Aytən Xubanova mühazirədə tələbələrə qurumun fəaliyyəti və müxtəlif sahələr üzrə həyata keçirdiyi maarifləndirmə tədbirləri haqqında məlumat verib. Aytən Xubanova bildirib ki, Bilik Fondunun əsas fəaliyyət istiqamətlərindən biri gənclərin tibbi maarifləndirilməsidir.

Həkim-mütəxəssis Şəhla Mirzəzadə qeyd edib ki, Diabet qeyri-infeksion xəstəliklər arasında 4 ən geniş yayılmış xəstəlikdən biridir və qlobal davamlı inkişafa təhlükə yaradır. Qeyri-sağlam həyat tərzi bu xəstəliyin ortaya çıxmasının başlıca səbəbidir. Düzgün qidalanma və düzgün həyat tərzi xəstəliyin qarşısını alan əsas amillərdəndir.

Mühazirədə xəstəliyin simptomları, fəsadları, profilaktikası və müalicəsi ilə bağlı məlumat çatdırılıb. Bildirilib ki, ölkədə şəkərli diabetin qarşısını almaq məqsədilə mütəmadi olaraq işlər aparılır. 2003-cü ildə “Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında “ qanun Milli Məclis tərəfindən qəbul edilib və 2004-ci ildə bu qanunun icrası haqqında Prezident İlham Əliyev tərəfindən Fərman imzalanıb. 2015-ci ildə isə Cənab Prezidentin tapşırığı ilə 2015-2020-ci illər üzrə Azərbaycanda Qeyri-İnfeksion Xəstəliklərə qarşı mübarizə strategiyası təsdiq edilib.

Sonda tələbələrin sualları cavablandırılıb, mühazirə ətrafında fikir mübadiləsi aparılıb.

İctimaiyyətlə əlaqələr şöbəsi
15.10.2018


DİGƏR XƏBƏRLƏR