XƏBƏRLƏR

Birinci kurs tələbələri elektron kitabxanadan istifadə qaydalarını öyrəniblər

Birinci kurs tələbələri elektron kitabxanadan istifadə qaydalarını öyrəniblər

22 oktyabr 2019

Baxış sayı: 2935

Azərbaycan Universitetinin birinci kurs tələbələri elektron kitabxanadan istifadə qaydaları barədə məlumatlandırılıblar. İnfosessiyanı Elmi kitabxananın müdiri Nailə Nağıyeva və İKT üzrə baş mütəxəssis Ziya Hüseynov aparıb.

Tədbirdə elektron kitabxanaya üzvlük və istifadə qaydaları izah olunub. Bildirilib ki, tələbələr kitabxanaya müraciət edərək istifadəçi adı və şifrə götürməklə elektron kitabxananın xidmətlərindən istifadə edə bilərlər.

Qeyd olunub ki, elektron kitabxana veb üzərindən işləyir və bütün proseslər istifadə olunan proqram təminatı vasitəsilə tam avtomatlaşdırılıb. Universitetin saytına daxil olduqdan sonra “Elektron kitabxana” linkindən zəngin, müasir təlabata uyğun kitab fondu ilə tanış olmaq, sorğulara kitabxanaçı - biblioqrafın köməkliyi olmadan məsafədən operativ cavab almaq mümkündür.  Klassik kataloqlar elektron kataloqlarla əvəz olunub. Oxucular müxtəlif aspektli sorğular apara bilər, elektron kataloq vasitəsilə məsafədən sifariş verərək kitab hərəkətliliyini izləyə bilərlər.

İctimaiyyətlə əlaqələr şöbəsi
22.10.2019


DİGƏR XƏBƏRLƏR