XƏBƏRLƏR

Biznes və iqtisadiyyat fakültəsinin 5 tələbəsi universiteti vaxtından əvvəl bitirib

Biznes və iqtisadiyyat fakültəsinin 5 tələbəsi  universiteti vaxtından əvvəl bitirib

12 yanvar 2017

Baxış sayı: 5386

Azərbaycan Universiteti Biznes və iqtisadiyyat fakültəsinin beş tələbəsi universiteti vaxtından əvvəl bitirməyə nail olub. Belə ki, universitetə 2013-cü ildə qəbul olan Aytən Əsədova (Dünya iqtisadiyyatı), Tural Səlimli (Maliyyə), Rauf Cəfərov (Maliyyə), Lamiyə Məmmədli (Maliyyə) və Ülvi Abdullayev (Marketinq) normativdə nəzərdə tutulmuş müddətdən tez məzun olublar.  

Tələbələr bu uğuru yüksək göstəricilərlə oxuduqları və Azərbaycan Universitetində tətbiq olunan BBA proqramının (Biznes inzibatçılığı üzrə bakalavriat proqramı) və kredit sisteminin üstünlükləri sayəsində əldə ediblər.

Dövlət imtahanını yüksək müvəffəqiyyət faizi ilə başa vuran tələbələr məzun olduqları ixtisaslar üzrə bakalavr diplomu almaq hüququ əldə ediblər.

İctimaiyyətlə əlaqələr və nəşriyyat şöbəsi
12.01.2017

DİGƏR XƏBƏRLƏR