XƏBƏRLƏR

Biznes və iqtisadiyyat fakültəsinin tələbələri beynəlxalq mühasib sertifikatını əldə ediblər

Biznes və iqtisadiyyat fakültəsinin tələbələri  beynəlxalq mühasib sertifikatını əldə ediblər

04 oktyabr 2023

Baxış sayı: 690

Azərbaycan Universiteti və Azərbaycan Professional Maliyyə Menecerləri Assosiasiyası (APFM) arasında  imzalanmış əməkdaşlıq memorandumu çərçivəsində Biznes və iqtisadiyyat fakültəsinin tələbələri üçün təşkil olunmuş ICB “Certificate in Advanced Bookkeeping” beynəlxalq proqramı üzrə ilk təlimlər yekunlaşıb. Təlimlər APFM-də akkreditə olunmuş “Finans Academy”nin təşkilatçılığı ilə APFM Təhsil Komitəsinin üzvü Əfqan Səfərli tərəfindən aparılıb.

3 ay davam edən təlimin sonunda imtahan keçirilib. İmtahanda uğurlu nəticə göstərən 6 tələbəyə ICB Global tərəfindən verilmiş beynəlxalq mühasib sertifikatı təqdim olunub. Sertifikatların təqdim olunması mərasimində Biznes və iqtisadiyyat fakültəsinin dekanı Xanım Quliyeva, APFM-in İdarə Heyətinin sədri Nuriyyə Novruzova və təlimçi Əfqan Səfərli iştirak edib. 

Qeyd edək ki, program beynəlxalq standartları nəzərə alan və baza bilikləri əhatə edən mühasibatlıq proqramıdır. Proqramın özəlliyi ondan ibarətdir ki, tədris və imtahan Azərbaycan dilində keçirilir. Keçid balı toplamış tələbələr ICB Global beynəlxalq sertifikatına sahib olurlar. Beynəlxalq səviyyədə tanınan bu sertifikat tələbə və məzunlara iş axtarışı zamanı böyük üstünlük qazandırır. 

İctimaiyyətlə əlaqələr şöbəsi

DİGƏR XƏBƏRLƏR